backend

Böyükkişi Ağayev özbaşınalığa yol verir

Böyükkişi Ağayev özbaşınalığa yol verir




























Hazırda ölkənin səhiyyə sistemi elə durumdadır ki, insanların bu sahəyə olan inamı sarsılıb.

Vətəndaşlar hansısa səhiyyə ocağına müraciət edəcəklərini bilmirlər. "Eksperimentalni" xəstəxana kimi tanınan Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəziylə bağlı redaksiyamıza daxil olan şikayətlərin ardı-arası kəsilmir. Verilən məlumatlarda bildirilir ki, sözügedən səhiyyə ocağında xoşagəlməz hallar baş verir. Bizə daxil olan məlumatlara görə, tibb elmləri doktoru, professor Böyükkişi Ağayevin direktoru olduğu tibb ocağının fəaliyyətində ciddi nöqsanlara yer verilir. Xəstəxanaya müraciət edən xəstələrin hələ heç biri sözügedən səhiyyə ocağının fəaliyyətindən razı olmayıblar. Artıq 87 yaşlı Böyükkişi Ağayevin Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinə rəhbərlik etməsi qanuna zidd hərəkətdir. Hər kəsə bəllidir ki, ölkə başçısı bütün dövlət qurumlarında yaş senzinin tətbiq olunmasının həyata keçirilməsini qanuniləşdirən sərəncam imzalayıb. Məhz bu sərəncamdan sonra əksər idarə, qurum, müəssisə, hətta nazirliklər yaşı 65-i keçmiş işçiləri ilə yollarını ayırmalı oldular. Lakin nədənsə yaş senzi Böyükkişi Ağayevdən yan keçdi və o, 100-ə yaxın yaşı olmasına baxmayaraq, hələ də Elmi-Cərrahiyyə Mərkəzinin direktoru vəzifəsində çalışır. Əslində səhiyyə sahəsində kadr islahatlarının aparılmasına ehtiyac var. Elə kadr islahatlarının düzgün aparılmaması tibb sahəsini bərbad duruma salıb. Kifayət qədər savadlı şəxslər qıraqda qalıblar. Böyükkişi Ağayev kimilər isə vəzifədən getmək niyyətində deyillər. Bu cür yaşlı kadrlar nə qədər ki, tibb sahəsindən getməyəcəklər, o vaxta qədər də bu sahədə hansısa irəliləyiş olmayacaq. Hansısa yeniliyə imza atılmayacaq. Gənc kadrlar daha həvəsli və enerjili olurlar. Onlar hansısa müsbət yeniliyə imza atmaq həvəsində olurlar. Lakin nə qədər ki, onlar kənardan baxacaqlar o vaxta qədər də bu sahədə yaşlı və yeniliyə, müasirliyə can atmayan kadrların ucbatından nöqsanlar artacaq. Etibarlı mənbələrin verdiyi məlumata görə, yolu sözügedən "Eksperimentalnı" xəstəxanadan düşənlərin heç biri oradakı vəziyyətdən razı deyillər. Baxmayaraq ki, dövlətin balansında fəaliyyət göstərən səhiyyə ocağıdır, orada müayinə nəyinsə müqabilində həyata keçirilir. Bu xəstəxanaya yolu düşənlərin gərək cibləri dolu olsun. Əksə halda üzünüzə də baxan olmayacaq. Burada xəstələrə yerli-yersiz analiz verməyi tələb edirlər. Analizin qiymətləri isə o qədər yüksəkdir ki, adam özünü özəl klinikada hiss edir. Müalicə zamanı xəstələrə bahalı firma dərmanlarını yazırlar. Hətta xəstə diliylə desə ki, firma dərmanı yazma, xəstələri veclərinə alan olmur. Ona görə də bu xəstəxanaya üz tutanların sayı azalmaqdadır. Məlumatlı şəxs iddia edir ki, hazırda M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin tibb personalı rəhbərliyin göstərişinə əsasən 60-a yaxın dərman firması ilə "əməkdaşlıq" edir. Bundan başqa "Eksperimentalnı"nın təsərrüfat şöbəsində cəmi beş nəfər işçinin olmasına baxmayaraq, əllidən çox adamın oradan məvacib aldığı deyilir. Ona görə də orada baş verənlərin araşdırılmasına ehtiyac var.