backend

İŞİD-in ən təhlükəli snayperi - Azərbaycanlı qız (FOTO)

İŞİD-in ən təhlükəli snayperi - Azərbaycanlı qız (FOTO)
İraq Təhlükəsizlik Orqanının polkovniklərindən biri deyib ki, Rusiya vətəndaşı olan, əslən azərbaycanlı Nura adlı qız İŞİD terror qruplaşmasının ən təhlükəli snayperi hesab olunur

Adının açıqlanmasını istəməyən iraqlı polkovnik deyib ki, İraq ordusu Fəllucaya girən kimi Nuranın yaxalanması üçün əməliyyatlar başlanıb. Kəşfiyyatçılar İŞİD-in Fəllucadakı komadirlərindən biri Fəllahi adlı şəxs ilə Nura arasında baş verən danışığı dinləyə biliblər. Danışıqlarda Əl-Fəllahi Nuradan istəyib ki, Fəllucadan qaçmağa çalışan mülki şəxsləri və Fəllucanın mərkəzinə doğru yaxınlaşan İraq hərbiçilərini vursun.

İraq hərbiçiləri Nuranın tapılması üçün müxtəlif məntəqlərdə bir neçə əməliyyat keçirsələr də, Nuranı yaxalamaq mümkün olmayıb. İraq qüvəlləri Nuranın sarışın, hündür boylu və əslən azərbaycanlı olduğunu deyiblər. Nura Suriyadan İraqa gəlib və Fəllucada 21 İraq polisi və hərbiçisini qətlə yetirib.

Ərəbistan mənbələrinin veridyi məlumata görə isə, İraq ordusu Fəllucanı azad etdikdən sonra Nura Suriyaya qaçmağa müvəffəq olub. İraq Müdafiə Nazirliyinə bağlı mənbələr də Nuranın Suriyanın Raqqa şəhərinə daxil olduğunu təsdiqləyiblər. İŞİD-in 13 əsas snayperinin Nuranın rəhbərliyi altında fəaliyyət göstərdiyi bildirilib.(sizinyol)

İŞİD-in ən təhlükəli snayperi - Azərbaycanlı qız (FOTO)