backend

TƏCILI: Bakıda Coca-Cola zavodu partladı - YENİLƏNİB

TƏCILI: Bakıda Coca-Cola zavodu partladı - YENİLƏNİB
Əldə etdiyimiz məlumata əsasən, Bakıda Şamaxı yolundan 2 km aralıda , Sulutəpə ərazisində yerləşən Lider Coca- Cola zavodu yaxınlığında güclü partlayış olub

Politika.Az bildirir ki , bu barədə həmin ərazi yaxınlığında yaşayan sakinlər öz Facebook hesablarında ” güclü partlayış oldu” yazaraq xəbər paylaşıblar . Partlayış çox güclü olduğundan bəzi insanlar hətta bunu zəlzələ kimi zənn ediblər.

Bir qurup şəxs isə bildirir ki , partlayış Lider Coca – Cola zavodunda olub və havaya qara tüstü qalxıb.

Politika.Az xəbər verir ki , bu barədə hələlik Fövqəladə hallar nazirliyinin rəsmi saytı məlumat yaymayıb. Məsələ ilə bağlı araşdırmalarımız davam edir .

***

05:15

Politika.Az xəbər verir ki , Sulutəpə ərazisində yerləşən Coca-Cola zavodunda güclü partlayış baş verib. Hadisə yerindən saytımıza göndərilən məlumatda bildirilir ki , baş vermiş partlayış qaz çənlərinin birinin partlaması ilə başlayıb. İlkin məlumata əsasən , əraziyə yaxın olan 3 evə ziyan dəyib. İnsanlar küçələrə axışmağa başlayıb. Hər kəs nə baş verdiyini anlamağa çalışır.

Hal-hazırda faktla bağlı araşdırma gedir.