backend

DƏHŞƏT!!! MASAZIRI FAHİŞƏXANAYA KİMLƏR CEVİRİB? - MƏNƏVİYYAT POZULAN YERDƏ...

DƏHŞƏT!!! MASAZIRI FAHİŞƏXANAYA KİMLƏR CEVİRİB? -  MƏNƏVİYYAT POZULAN YERDƏ...

Qaynarxett.az xəbər verir ki, Abşeronun qədim kəndlərindən olan Masazır indi məşhur əxlaqsızlıq yuvalarınin məskəni kimi tanınır.

Bakı şəhəri və ətraf qəsəbələrdə ən çox fahişəxana məhz bu kənddə fəaliyyət göstərir. Kəndin mərkəzində üç məşhur priton, eləcə də kəndə giriş yerlərdə daha 5-6 əxlaqsızlıq yuvası var ki, cəmiyyətin,hüquq mühafizə orqalarının gözü qarşısında öz "işindədir".


"VULKAN" CİRKAB PÜSKÜRÜR...

Əgər kimsə bu qədim, son illərdə böyük yaşayış məskəninə çevrilmiş kəndə Binəqədi rayonu tərəfdən daxil olmaq istəsə, “Vulkan” adlı pritonla rastlaşacaq. Bu prtionda bir otağın bir gecəlik qiyməti 30-50 manat arasında dəyişir. Eləcə də fahişələr 30-100 manat arasında xidmət göstərir. Xatırladaq ki,inişil “Vulkan”da səs-küylü bir cinayət hadisəsi baş vermişdi. Əmisi oğlu tərəfindən bura gətirilən evli qadın intihar etmişdi. Axşam saat 6-dan sonra burada "toy-büsat",vurcatlasın başlayır. Qeyd edək ki, buranın varlı müştəriləri də var. Burada cinsi istismara məruz qalanlar əsasən 18-25 yaş arası qızlardır.Maraqlıdır ki, nədənsə aidiyyəti qurumlar bu məsələyə biganə yanaşırlar. Elə bu səbəbdən də sözügedən “istirahət mərkəz-”nin rəhbərliyi barədə sərt tədbirlər görülmür. Əksinə, həmin əxlaqsızlıq yuvası açıq-aşkar və çox arxayın şəkildə öz biznesini həyata kecirir.

"AĞ OTEL" ƏBÜLFƏZ QARAYEVİN LİSENZİYASI İLƏ İŞLƏYİR

Masazır kəndinin əsas girişində isə son dövrlərdə çox məşhurlaşan “Ağ otel” fəaliyyətdədir. Girişində Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin imzaladığı lisenziya asılmış bu oteldə qiymətlər “Vulkan”dakından 5-10 manat bahadır. “Ağ otel” Masazırın ən bahalı yerindədir. Hətta bir neçə dəfə bu obyektdə böyük dava, hətta biçaqlanma hadisəsi belə baş verib. Bu otelde isə 70-80-a yaxın otaq fəaliyyət göstərir. Kəndin dəbdəbəli villaları məhz burada ucaldılıb. Bu villalarda yaşayanların həyatları isə səhərə kimi otelə daşının fahişələrin səs küyündən qaralıb, deyirlər. Villa sahibləri yeri otel sahiblərinə satanları daim lənətləyir. Öyrənirik ki, bu lənətlər deyəsən, ünvanına çatıb. Çünki fahişəxanaya ən yaxın villa elə bu yeri otel sahiblərinə satan, Masazır Bələdiyyəsinin sədri Siyanfər Əliyevindir. O özünün dəbdəbəli villasına bu “Ağ otel”in yanından keçərək, oradakı ab-havanı hiss edərək gedir.

XALCACI DAĞLARIN “QƏBƏLƏ-LAZA”SI...

Kəndin içərisinə cəmi 150 metr girsən və soldakı məhəlləyə baş çəksən, daha bir pritonla qarşılaşarsan. “Qəbələ-Laza” adlı bu priton düz evlərin içərisindədir. Bir qapı kiminsə evinə, bir qapı isə kimlərinsə istirahət etdiyi əxlaqsız yuvaya açılır. Bu məhəllə sakinləri səhərə kimi maşın səslərindən, səs-küydən artıq diksinmir - öyrəşiblər.
Dörd bir tərəfdən fərdi yaşayış evləri ilə əhatə olunan əxlaqsızlıq yuvasında hər gün iyrənc işlər qeydə alınır. Hoteldə pis-pis işlərlə məşğul olan insanların səs-küyü asanlıqla ətrafa yayılır. Bu isə insanlara mənfi təsir göstərir. Otaq qiymətləri 30-40 manat arasında dəyişir. Sakinlər dəfələrlə pritonun rəhbərliyinə iradlarını bildirib, aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşlarına müraciət ediblər. Amma vətəndaşların şikayətinə heç bir əhəmiyyət verilmir. Obyektin sahibi isə sakinlərə deyir ki, gedin hara istəyirsiniz şikayət edin, onsuz da mən haqqımı verib işimi görürəm.

"ROMİ"DƏ "bombey", “GÖYCƏ”DƏ ğöycək davası

Masazırın düz mərkəzində isə iki məşhur fahişəxana var: “Romi” və “Göyçə”. Bir-birinə demək olar ki, bitişik olan bu pritonlarda qiymətlər daha münasibdir. Hər iki pritonda qız sifarışı də bir qədər ucuz başa gəlir. Hər iki priton yuxarıda adlarını çəkdiyimiz əxlaqsız yuvaları kimi evlərin arasındadır. Məsələn, “Göyçə”nin iki divarındakı pəncərələr başqasının həyətinə açılır. Bu əxlaqsızlıq yuvalarında hər gün onlarla gənc qız cinsi istismara məruz qalır. Onların arasında azyaşlı qızlar üstünlük təşkil edir. Priton saxlayan şəxslər 15-16 yaşlı qızların həyatının korlanmasına şərait yaradırlar.Gün ərzində hər iki otelə yüzlərlə müştəri gəlir. Bura hər cür qız gətirilir. Evindən qaçan, ərindən ayrılan xanımlar hotelləri sığınacaq bilirlər. Onların arasında azyaşlı da var, müxtəlif cinsi xəstəliklərin daşıyıcısı da.Bu hotellər əməlli-başlı çirkab yuvasıdır.

ANOLOQU OLMAYAN "YENİ" MASAZIR

Kəndin ətrafında daha bir neçə otel adı ilə fəaliyyət göstərən pritonlar var, məsələn “Neapol”.
Lakin onlar yol kənarında, evlərdən bir qədər uzaq olduğundan adlarını çəkmirik. Çünki bu tipli obyektlər bütün dünyada var. Amma yəqin, kəndin içərisində, kənd adamlarının evlərinin dibində otel-istirahət mərkəzi adı altında fəaliyyət göstərən fahişəxanalar dünyanın heç yerində yoxdur. Bu, unikal hadisədir.YƏNİ ANOLOQU OLMAYAN BİR İŞDİR...
Qaynarxett.az bildirir ki, adları çəkilən yerlərdə vaxtaşırı cinayətlər baş verir və bunların bir qismi mətbuat səhifələrinə də çıxır. Üstəlik Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi də dəfələrlə bu yerlərdə reydlər keçirib. Bütün bunlar həmin obyektlərin hansı məqsədlər üçün fəaliyyət göstərdiyini ortaya qoysa da, hələlik heç bir pritonun qapısı qıfıllanmayıb.

FAHİŞƏXANALAR NİYƏ BAGLANMIR?

Yeri gəlmişkən, adları çəkilən obyektlərdəki otaq və fahişələrin qiymətləri heç də oradakı xidmətlərlə ölçülmür. Hansı priton “vurulmursa”, İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin reydinə tuş gəlmirsə, yəni istirahət etmək təhlükəsizdirsə, orda qiymətlər nisbətən bahadır və ora gələnlərin sayı daha çoxdur. Çünki heç kim beş manat ucuzluğa görə, hər an “vurula” bilən pritona getmək istəmir.

Əlbəttə ki, pritonun “vurulmaması” onun arxasında duran şəxsin kimliyi ilə bir başa bağlı məsələdir.

Qeyd edək ki, Masazır Abşeron rayonunda, duz gölünün sahilində yerləşir. Ərazisi 1634 hektar, qeydiyyata alınan əhalisi isə 11684 nəfərdir. İndi pritonlar kəndinə çevrilən Masazırın tarixi isə... MƏNƏVİYYAT POZULAN YERDƏ... DƏHŞƏTDİR... ADAM BU MƏMLƏKƏTDƏN BAŞ ĞÖTÜRÜB QACMAQ İSTƏYİR...

ARDI VAR

Qaynarxett.az