backend

Otel, restoran, sauna, yoxsa əxlaqsızlıq yuvaları?

Otel, restoran, sauna, yoxsa əxlaqsızlıq yuvaları?
















Ölkədə insan alverinə və əxlaqsızlıq yuvalarının saxlanmasına qarşı ciddi mübarizə tədbirləri aparılır. Artıq bu il ərzində Bakıda bir neçə əxlasızlıq yuvası aşkarlanaraq ifşa olunub, onlar haqqında qanunla müvafiq tədbirlər görülüb. Lakin bütün bunlara baxmayaraq təəssüf ki, bu cür problemlər hələ də mövcuddur. Bu cür obyektlərdən gələn bəlaların isə cəmiyyətdə hansı fəsadlar törətdiyi dəfələrlə müzakirə olunub. Belə ki bir çox dəri-zöhrəvi və yoluxucu xəstəliklər məhz bu tip obyektərdən yayılmağa başlayır. Bu obyektlər isə hanısa məmurların himayəsində olur.

Bu gün etibarlı mənbələrdən redaksiyamıza bir neçə obyekt barədə şok məlumat daxil olub. Həmin məlumatlara görə paytaxt Bakıda bu cür obyektlərin sayı durmadan artır və onlara müəyyən vəzifə sahibləri himayədarlıq edirlər. Mənbənin verdiyi məlumata istinadən həmin obyektlərin bir neçəsini təqdim edirik:

“Dalğa” - ailəvi istirahət mərkəzi – məlumata görə, sözügedən bu obyekt Xətai rayon ərazisində, Babək prospektində yerləşir. Burada təxminən 38-40 otaq var. Burada da xidmətçilərin azyaşlı qızlar olduğu bildirilir. Ən əsası isə əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən bu obyekt qəbiristanlğın bir addımlığında yerləşir. Buraya gələnlər isə hər şeyi açıq-aşkar görə bilirlər. Obyekt sahibi heç kimdən çəkinmədiyini bildirir.

“Ağ otel” – bu obyekt isə Xırdalan şəhəri ərazisində yerləşir. Hətta bir neçə dəfə bu obyektdə böyük dava, hətta biçaqlanma hadisəsi belə baş verib. Bu otelde isə 70-80-a yaxın otaq fəaliyyət göstərir.

“Romi” – adlı otel isə Masazır qəsəbəsində yerləşir və bu obyektdə də eyni hallar mövcuddur ki, burada da 50 dən çox otaq var. Müştərilər üçün hər bir şərait yaradılıb. Buaraya gələnlər isə əksər hallarda məmur uşaqları olur.

“Göyçə” - sözügedən bu obyekt Masazır qəsəbəsində yerləşir və 30-a yaxın otaq mövcuddur. Otaqın bir saatı 20-25 manat təşkil edir.

“Baxçasaray” – Mehdiabad qəsəbəsində yerləşir. Bura da otel adı altında əxlaqsızlıq yuvasi təşkil olunur ki bu “otel”də də 20-ə yaxın otaq müştərilərin xidmətinə verilir. Həmçinin ehtiyac olarsa, ofisiantlar müştərilərə qız da gətizdirə bilir.

“Lotos” - da Xətai rayonunda “Ramstore “ ticarət mərkəzinin yaxınlığında yerləşir.Belə fəaliyyət göstərən obyektlərdən olsa da buranı digər otellərdən “fərqləndirən” əsas və ən acınacaqlı məqam ondan ibarətdir ki,burada 40-50 nəfərə yaxın xanımlarda otaqlarla birlikdə müştərilərə təklif olunur.

“Grand” - Clear otellin yaxınlığında fəaliiyət göstərir ki, bura da Binəqədi polisinin müdaxilə etməsi qeyri-mümkündür.

“Qazangöl” - Fatmayı kəndi girəcəyində yerləşir. Mənbənin verdiyi məlumata görə, bu obyektə isə rayon polis idarəsinin məmurlarından biri “krişalıq” edir. Hətta bu haqda kənd sakinləri də dəfələrlə şikayət ediblər..

“Sabirabad” – bu obyekt isə illərdirki, Dərnəgül şossesinə yaxın ərazidə fəaliyyət gpstərir. Bura da dəfələrlə böyük mubahisələr, müştərilərlə obyekt sahibləri arasında hesab üstündə düşən davalar, hətta qanla nəticələnən kriminal hadisələr baş verib. Ancaq obyektlə bağlı heç bir tədbir görülməyib.

Sonda bir daha bildirək ki, bu məlumatlar etibarlı mənbələrdən verilib. Onu da əlavə edək ki, adını sadaladığımız bu cür otel və restoranların 80 faizi məhz Binəqədi və Abşeron rayonları ərazisində fəaliyyət göstərir. Belə qənaətə gəlmək olar ki, bu obyektlərə rayon rəhbərliyi səviyyəsində himayədarlıq edirlir. Bu səbəbdən də obyektlərin fəaliyyətinə heç kim müdaxilə edə bilmir.

Onu da qeyd edək ki, mənbə bu obyektlərə himayədarlıq edən məmurlardan bir neçəsinin adını bizə bildirib. Həmin mövzuda araşdırmalarımız davam edir. Yaxın günlərdə həmin məmurların adlarını açıqlayacağıq.

P.S. İnanırıq ki, bu yazılara hüquq-mühafizə orqanları münasibət bildirməklə yanaşı, sözügedən və əxlaqsızlıq yuvaları kimi hallandırılan obyektlərin fəaliyyətləri barədə qanuni ölçü götürəcəklər.