backend

CON ANDA: Məşhur jurnalist öldürüldü

CON ANDA: Məşhur jurnalist öldürüldü
Məşhur jurnalist Pavel Şeremet Kiyevdə avtomobilinin partladılması nəticəsində həlak olub.

APA-nın “Ukrainskaya pravda” saytına istinadən verdiyi xəbərə görə, hadisə bu gün yerli vaxtla səhər saat 07.45-də baş verib. P. Şeremet aparıcı olduğu “Radio Vesti”yə gedərkən Kiyevin Boqdan Xmelnitski və İvan Franko küçələrinin döngəsində onun avtomobili partlayıb. Maşın “Ukrainskaya pravda”nınn rəhbəri Alyona Pritulaya məxsus olsa da, hadisə zamanı o, avtomobildə olmayıb.
CON ANDA: Məşhur jurnalist öldürüldü
Polis əməkdaşları hadisə yerində təhqiqat aparır.

Qeyd edək ki, 1971-ci il təvəllüdlü P. Şeremet son 5 ildə Ukraynada yaşayıb. Daha əvvəl isə Rusiyanın “1-ci kanal”ında həftəlik analitik proqram “Vremya”nın aparıcısı olub. 2008-ci ildə televiziyanı tərk edib və məşhur “Oqonyok” jurnalında redaktor vəzifəsində çalışıb.