backend

«Türkiyədəki çevriliş cəhdi Gülənçilərin işi deyil, «Ergenekon »çu izi isə... » - İLGİNC AÇIQLAMA

«Türkiyədəki çevriliş cəhdi Gülənçilərin işi deyil, «Ergenekon »çu izi isə... » - İLGİNC AÇIQLAMA
"Ergenekon məhkəməsi olmasaydı,Türkiyədəki hərbi çevrilişə cəhd “uğurla” başa çata bilərdi”

Bu barədə politoloq Fərhad Mehdiyev bildirib. Ekspertin qəanətincə, Ergenekon məsələsində orduda xeyli təmizləmə işləri aparıldı. Amma görünür, bu iş yüksək səviyyədə həyata keçirilməyib: " Yəni orduda yenə ergenekon şüurlu generallar qalıbmış. Deyim ki, Türkiyə bu cür hərbi qiyamı Osmanlı tarixində və hətta Cümhuriyyət dönəmində də yaşayıb”.

Çevrilişə cəhddə Gülənin "barmaq izi" varmı?" sualına gəlincə, ekspert diqqətə çatdırıb ki, bu barədə konkret bir söz deyə bilməyəcək: "Düşünürəm ki, bu, bir az real görünmür. Düzdü, polis sistemində gülənçilər vardı. Amma ordu özünü qoruyurdu. Ordu sisteminə işə qəbul zamanı ciddi yoxlamalar aparılırdı. Digər tərəfdən əgər biz desək ki, məlum hadisə gülənçilərin işidir, onda belə çıxır ki, ordudakı generalların 25 faizi gülənçidir. Təbii ki, bu, inandırıcı deyil. Həm də inanmıram ki, gülənçilər belə qısa müddətdə çoxsaylı general yetişdirə bilsinlər. Həm də gülənçilər belə bir qiyam etmək istəsəydilər, bunu “Gəzi olayları” zamanı gerçəkləşdirib, hakimiyyəti devirə bilərdilər. Çünki həmin vaxtlar xalq da Türkiyədəki iqtidarın getməsini istəyirdi. Həmin vaxt ordu da qiyam etsəydi, hakimiyyət devrilərdi. Deməli, burada gülənçilərin barmaq izi görünmür. Yəni doğrudan da gülənçilər orduda yerləşmişdilərsə, hərbi çevriliş edib, hakimiyyəti devirmək istəyirdilərsə, bunu “Gəzi parkı” olayları zamanı reallaşdırıb, istəklərinə nail ola bilərdilər. Amma yenə də heç nəyi dəqiq demək olmaz. Hər şey aparılan istintaq tədbirlərindən sonra məlum olacaq”.

M.Mehdiyev «qiyamın arxasında Amerika dayanır” iddialarını doğru saymır: "Amerikanın işi deyil. ABŞ Prezidenti hadisənin hansı şəhərdə baş verməsindən belə məlumatsız idi. Ona görə də bu işin arxasında qətiyyən Amerika dayanmır”.(savash.org)