backend

Rəsul Quliyev Fətullah Gülənin müdafiəsinə qalxdı - “Azərbaycana böyük bəlalar vəd edir"

Rəsul Quliyev Fətullah Gülənin müdafiəsinə qalxdı - “Azərbaycana böyük bəlalar vəd edir"
"Türkiyə hökümətinin dövlət çevrilişinə cəhddən sonra atdığı addımlar bu liderlərin diktatura qurmaq üçün fürsət axtardığına dəlalət edir"

Politika.Az xəbər verir ki, bunu Azərbaycan Parlamentinin keçmiş sədri Rəsul Quliyev deyib.

"On minlərlə insanların həbs edilməsi, minlərlə məktəbin, 10-larla xəstəxananın bağlanması, 100 minlərlə insanların işdən qovulması, minlərlə vəkil, prokuror və hakimlərin işdən azad edilməsi, zindana atılması diktatura qurmaq deyilsə, bəs nədir? 60-dan çox elmi əsərin müəllifi, “Yer kürəsində ancaq bir üsul idarəsi ola bilər – demokratiya” deyən Fətullah Güləni almaq üçün ABŞ və Avropa İttifaqının dövlət çevrilişinin təşkilatçısı kimi ritorik çıxışlarla şantaj etməsi ucuz siyasət forması deyilmi? Türk xalqı hələ başına nələr gəldiyini dərindən anlamır. Türkiyənin liderləri anlamırlar ki, Qərb onları izolyasiyaya salsa, vəziyyətləri birə on pisləşəcək. Sözsüz, bu siyasət Azərbaycana da böyük bəlalar vəd edir", - deyə R.Quliyev qeyd edib.