backend

Fətullah Gülənin Azərbaycan imamının adı bəlli oldu - Türk mediası Gülənin 160 ölkədəki imamının adını açıqladı

Fətullah Gülənin Azərbaycan imamının adı bəlli oldu - Türk mediası Gülənin 160 ölkədəki imamının adını açıqladı




















Türkiyə mətbuatı 160 ölkədə 2 mindən artıq şirkət və məktəbdən ibarət Şəbəkə quran Fətullah Gülənin imamlarının (imam kod adıdır-əslində o şəxslərin bir çoxunun dinlə əlaqəsi yoxdur) adını açıqlayıb

Bildirilib ki, Gülən “Paralel dövlət” i bu imamlar vasitəsilə idarə edirmiş. Belə ki, həmin imamlar 160 ölkədə 2600-dən çox şirkətin rəhbəri olub.

Gülənin imamlarının siyahısında Azərbaycandakı imamının da adı var.

ABŞ-dan İsmayıl Cələbi, Almaniyadan Hayreddin Özkul, Anqoladan Osman Yıldırım, Argentinadan Mustafa Eker, Albaniyadan Abdullah Fıstık, Avstraliya Məsut Lelik, Avstrya Nöman Gülən, Azərbaycandan isə Ənvər Özərənin Gülən camaatının əsas imamları olduğu siyahıda bildirilir.

Azərbaycanla yanaşı Gürcüstandan Adem Önal, Banqladeşdən Bedreddin Suata, Qərbi Avropadan Süleyman Tiftik, Belarusiyadan M.Əli Sarvan, Belçikada Davut Yalçın, Benin Abdullah yüca, Bosniyadan M.Mutlu Karaosman, Braziliyadan H.Bayram Öztürk, Burkino Fasodan Zübüyir Gümüş, Burundi Mustafa Arslan da bu siyahıda yer alıb.

Həmin ölkələr arasında Makidoniya, Nepal, Hindistan, Kanada, Fransa, Nigeriya, Yeni Qvineya, Pakistan, Rumuniya, Ruanda,Seneqal, Fələstin, Sloveniya, Slavakiya, Şri-Lanka, Sudan, Çili, Tacikistan, Tanzaniya, Tayland, Tayvan, Tunis, Ukrayna, Oman, İordaniya, Venesuella, Yəmən, Yeni zenlandiya, Venesuella kimi ölkələrin də adları var./azvizon.az/