backend

İlham Əliyev məmurların tifağını belə dağıtdı - Pərdəarxası

İlham Əliyev məmurların tifağını belə dağıtdı - Pərdəarxası

















Prezident hər gün imzaladığı fərmanlarla və verdiyi qərarlarla korrupsioner məmurların tifağını dağıdır

“Gömrük brokerlərinin dövlət reyestrinin aparılması Qaydaları”nda dəyişikliklər edilməsi də bürokratlara növbəti sarsıdıcı zərbə kimi qiymətləndirilir.

Məlumata görə, dəyişiklik “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan prezidentinin 2015-ci il 21 dekabr tarixli fərmanı ilə gömrük brokeri fəaliyyətinin lisenziyalaşdırılan fəaliyyət növləri siyahısından çıxarılması ilə əlaqədardır.

Gömrük brokerlərinin dövlət reyestrinin aparılması Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilir. Qaydaya əsasən gömrük brokeri fəaliyyəti üçün lisenziya almış hüquqi şəxslər gömrük brokerlərinin dövlət reyestrinə daxil edilib.

Ancaq artıq gömrük brokeri fəaliyyətinin lisenziyalaşdırılan fəaliyyət növləri siyahısından çıxarıldığı üçün gömrük brokeri fəaliyyətini həyata keçirən hüquqi şəxslər gömrük brokerlərinin dövlət reyestrinə daxil ediləcək.

Müvafiq olaraq gömrük brokeri yenidən təşkil edildikdə, adı və ya hüquqi ünvanı dəyişdikdə, dövlət reyestrində müvafiq dəyişikliklər ediləcək.

Eyni zamanda fəaliyyəti dayandırılmış gömrük brokerinin fəaliyyəti yenidən bərpa edildikdə, gömrük brokeri yenidən dövlət reyestrinə daxil ediləcək. Nazirlər Kabinetinin broker sahəsində ciddi şəffaflığa xidmət edəcək. Hakimiyyətin mərhələli şəkildə islahatlara gedəcəyini xəbər vermişdik. Bu qərar da reformların davamıdır. Məlum olduğu kimi “Broker” MMC ləğv olunub. Elə NK-nin verdiyi qərar da brokerlərin fəaliyyətinin nizamlanmasına hesablanıb.

Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi ilə bağlı qanunvericilikdə də yeni sistem tətbiq olunacaq. Yeni sistem gömrükdə intizam və məsuliyyəti artıracaq, yerli və xarici vətəndaşların maneəsiz sərhəddən keçməsini təmin edəcək.

İ.Əliyevin son aylarda verdiyi fərmanlar məhz anti-böhran tədbirləri çərçivəsində həyata keçirilir və islahatlara yönəlik addımlardır.

Eyni zamanda gömrükdə qeyri-qanuni fəaliyyət göstərmək istəyənlərin mövqelərinə zidd fərmandır. Bununla da İ.Əliyev hakimiyyətdəki bəzi odioz və korrupsioner məmurların olan-qalan rüşvət almaq imkanarını da məhdudlaşdırır.