backend

Akif Çovdarov Masazır istixanasını kimin pulu ilə tikdirib?

Akif Çovdarov Masazır istixanasını kimin pulu ilə tikdirib?















MTN generalının 0 investisiya ilə biznesmenə çevrilməsi sirri...

Hazırda həbsdə olan sabiq MTN generalı Akif Çovdarovla bağlı moderator.az-a maraqlı informasiya daxil olub. Özəl mənbədən daxil olan məlumata görə, A,Çovdarov dəyəri milyon manatlarla hesablanan Masazır istixana kompleksinin inşasına bir qəpik də olsun pul sərf etməyib. MTN generalı istixanaların inşası üçün gərəkli olan vəsaitin böyük bir qismini əslən Şəmkirdən olan və Rusiyada böyük biznes şəbəkəsinə malik olan bir iş adamından alıb.

Generalla iş adamı arasındakı razılığa görə, qarşı tərəf MTN generalına istixana kompleksinin inşası üçün gərəkli olan vəsaiti verəcək, qarşılığında həmin kompleksdə yetişdirilən bütün məhsul iş adamının böyük paya sahib olduğu Rusiya bazarlarında satılacaq.

Mənbənin məlumatına görə, A.Çovdarova məxsus istixanada yetişdirilən bütün məhsul MTN generalı həbs olunduğu günə qədər tərəflər arasındakı razılığa uyğun olaraq iş adamı tərəfindən Rusiya bazarlarında satılıb. Məlum istixanada yetişdirilən məhsulun bu gün də məhz Rusiya bazarlarında satıldığı iddia olunur.
Xatırladaq ki, Masazır istixanasının ərazisi də A.Çovdarova məxsus olmayıb və fermerlərin birinin əlindən zorla alınıb.