backend

Lal qızı döyüb, saçını qırxdılar - Bakıda dəhşətli olay

Lal qızı döyüb, saçını qırxdılar - Bakıda dəhşətli olay
















Bakıda nitqi qüsurlu qadın döyülüb.

Hadisə Yeni Günəşli qəsəbəsi V massivi bina 21-də qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü Bədəlova Bəsti Allahverdi qızı qonşular tərəfindən binanın blokunda tapılıb. Məlum olub ki, B.Bədəlova döyülüb, onun üz və bədən nahiyəsinə xəsarətlər yetirilib, saçının bir hissəsi isə cibinə yığılıb.O, 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, B.Bədəlova mənzildə tək yaşayır. Hadisə vaxtı isə mənzilin qapısı açıq olub. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. /// Repor