backend

Ermənilərin növbəti yalanı: həbəş əlifbasını necə oğurlayıblar?

Ermənilərin növbəti yalanı: həbəş əlifbasını necə oğurlayıblar?

Məşhur Efiopiya politoloqu Tekola Xaqos "Literaturnaya Qruziya” qəzetinə müsahibəsində Efiopiya əlifbasının ermənilər tərəfindən mənimsənilməsi ilə bağlı hiddətini gizlətməyib. T.Xaqos “erməni soyqırımı” ilə bağlı materiallarla və tarixi sənədlərlə tanış olduqdan sonra öz şəxsi tədqiqatlarına başlayıb.

Politoloqun sözlərinə görə, ermənilərin belə ustalıqla “soyqırım” haqda versiya uydurub beynəlxalq cəmiyyətə sırımaqları onu şoka salıb. Politoloqun gəldiyi digər nəticə, onu təccübləndirən fakt həm də erməni dilindəki kitabda hərflərin qədim həbəş əlifbası ilə yazılması olub.

Ermənilərin növbəti yalanı: həbəş əlifbasını necə oğurlayıblar?

"Mən kitabı vərəqləyirdim və gözümün önündə Yer kürəsinin ən qədim əlifbalarından birinin köhnə nümunələri canlanırdı. Bu Efiopiya əlifbası, bizim hərflərimizin surətləri idi. Bu əlifbayla bizim əcdadlarımız min il bundan öncə yazıblar. Gördüklərimdən az qalsın qışqıracaqdım. Mənim yaxın dostum bu mövzuyla bağlı bir neçə dəfə mühazirə oxuyub. Onun sözlərinə görə, bütün dünya elmi bilir ki, bu Efiopiya əlifbasıdır, amma hamı susur və ermənilər bunu özlərininki kimi təbliğ edirlər", - T.Xaqos əlavə edib.

Bundan sonra T.Xaqos Efiopiya əlifbasına, onun yaradılmasına, inkişafına aid kitab nəşr etmək qərarına gəlib.

"Bununla bağlı araşdırmalar və əlavə faktların tədqiqatlarını apardım. Öz yeni kitabımda ermənilərin bu yalanını ifşa edəcəyəm. Bütün dünya elmi ermənilərin özgə bir xalqın mədəni irsini oğurlamağa cəhd etməkləri barədə biləcək”, - T.Xaqos bildirb.