backend

170 nömrəli məktəbdə korrupsiya - FAKT

170 nömrəli məktəbdə korrupsiya - FAKT
170 nömrəli tam orta məktəbdə direktor müavini vəzifəsində çalışan Kərimov Qəzənfər Paşa oğlu haqqında iddialar günü gündən artmaqda davam edir.

korrupsiya.az -a daxil olan məlumata görə, 170 nömrəli məktəbdə korrupsiya faktları aşkarlanmaqda davam edir. Belə ki, direktorun təlim-tərbiyə işləri üzrə müavini Qəzənfər Paşa oğlu Kərimovun nöqsanlı fəaliyyəti nəticəsində adıçəkilən təhsil müəssisəsində şagirdlərin dərsə davamiyyətinin aşağı səviyyədə olmaqından səvayi, məktəbdə rüşvət halları kəskin dərəcədə artıb.

Belə ki məktəbədə 107 nəfər müəllim işlədiyi halda hər bir müəllimə Kərimov Qəzənfər tərəfindən 3 ev şagirdi ayrılıb,hər müəllimə 3 şagird ayrildiqi təqdirdə hər müəllimdən aylıq bir şagirdə 20 azn alınır bu göstəricidə onu göstərir ki, ayda 107 nəfər müəllimdən hər birinnən 60 azn alınır bu məbləğ aylıq 6420 azn edir.Əgər hər hansı müəllim ev şagirdini artırmaq istəyərsə buna görədə direktor müavini Kərimov Qəzənfər Paşa oğluna, əlavə məbləğ ödəməlidir.

Baxmayaraq ki, bu məktəbə 2016 cı ilin sentyabr ayında direktor postuna təyinat almış Mirzəyev Fuad Səfər oğlu, öz müavininə Kərimov Qəzənfər Paşa oğluna öz səlahiyyətlərini həvalə edib.Burdanda anlaşılır ki, toplanan vəsaitlər isə birbaşa direktorun təlim-tərbiyə işləri üzrə müavininin ixtiyarında olur.

170 nömrəli məktəbdə korrupsiya - FAKT

Ümumiyyətlə, bu və buna bənzər digər neqativ hallar hazırda Qəzənfər Kərimovun nəzarətində olan 170 nömrəli orta məktəbdə pedaqoq və şagird heyətini narazı salmaqla yanaşı, tədrisin keyfiyyətinə də mənfi təsirini göstərməkdədir.Bu ilin sentyabrında 65 yaşı tamam olmuş, 3 müəllimin müqaviləsi Bakı şəhər təhsil idarəsi tərəfindən artırılmasına baxmayaraq, sentyabrın əvvəlində məktəbdə müşavirə otaqında 65 yaşı tamam olmuş müəllimlər çağırılaraq özlərini Bakı şəhər təhsil idarəsinin əməkdaşları kimi təqdim edən Yaqut və Nərgiz xanım müəllimlərə bildirmişdilər ki, sizin müqaviləniz artırıla bilməz, siz öz ərizənizlə işdən azad olun, sizin yerinizə gənc kadrlar işləsin.

Müşavirədən sonra məktəbin direktor müavini Kərimov Qəzənfər müəllimlərə bildirmişdir ki, onların müqaviləsi artirilmaqı üçün 1000 azn məbləğində şirinlik versinlər və əks təqdirdə onları işdən azad olunması ilə hədə qorxu gəlmişdir.Bu arada, 170 nömrəli orta məktəbin direktorunun təlim-tərbiyə işləri üzrə müavininin həyat yoldaşı Dilarə xanım Sabunçu rayon prokurorluqunda çalışır və Kərimov Qəzənfər öz həyat yoldaşına güvənərək müəllimlərə hədə qorxuda gəlir.

Məsələ ilə bağlı qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.


Qaynarxett.az