backend

“WhatsApp”dan iki möhtəşəm yenilik

“WhatsApp”dan iki möhtəşəm yenilik















Bundan sonra "WhatsApp” messencerdəki qrup çatlarında olan iştirakçıların olduqları yeri təyin etmək mümkün olacaq.

Bu məlumat "WABetaInfo”nun "Twitter” səhifəsində "WhatsApp” messencerinin yeni funksiyaları adı altında sızdırılıb.

İştirakçıların real zaman ərzində yerlərinin təyin olunması (Live Location Tracking) funksiyası, messencerin həm "Android”, həm də "iOS” versiyalarına əlavə olunacaq.

Sözügedən funksiya öncə deaktiv vəziyyətdə olsa da, lakin onu ayarlar bölməsindən aktiv hala gətirmək mümkün olacaq.

İstifadəçilərin yerini təyin etmək funksiyasını 1, 2, 5 dəqiqə və ya bilinməyən vaxta qədər aktiv etmək mümkün olacaq ki, bu isə daha çox funksionaldır.

Belə ki, istifadəçi qrup çatındakı digər istifadəçilərin görüş təyin olunmuş yerdən nə qədər uzaqda olduqlarını öyrənə biləcək.

Sözügedən funksiyadan başqa, həmçinin messencerə, ismarıcların geri çağırılması və redaktə olunması əlavə olunur.

Hər iki funksiya istifadəçi tərəfindən oxunmayan ismarıclara şamil olunacaq. Geri çağırılma ismarıcı ləğv edir və ismarıcı qəbul edən şəxs onu görmür.

Redaktə etmək xüsusiyyəti isə ismarıcın mətnini dəyişməyə imkan verəcək. Beləliklə, ismarıcı qəbul edəcək şəxs, redaktə edilmə prosesini görmədən mətnin yenilənmiş versiyasını əldə edəcək.

///Technot.az