backend

Saakaşvili Batumidəki kütləvi iğtişaşlarda ittiham olundu

Saakaşvili Batumidəki kütləvi iğtişaşlarda ittiham olundu

Batumudəki kütləvi iğtişaşlarda günahkar Vahid Milli Hərəkat Partiyasıdır.

Axar.az bildirir ki, bunu Acarıstan hökumətinin sədri Zurab Pataradze deyib.

"Biz Batumidə sabitliyin pozulmasına imkan verə bilmərik. Bu aksiya regionumuzun inkişaf etməməsinə hesablanıb. Bilirsiniz ki, qarşıda turizm mövsümü gəlir, regionumuzun şöhrəti artır və bizim rəqiblərimiz də çirkin yollarla bunun qarşısını almağa çalışır", - Pataradze deyib.

İqtidardakı Gürcü Arzusu Partiyası da iğtişaşlardakı məsuliyyəti Vahid Milli Hərəkat Partiyasının üzərinə yıxıb.

Qaynarxett.az xatırladır ki, Vahid Milli Hərəkat Partiyasının lideri Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilidir.