backend

Regionun “Göz nuru” Lənkəran...

Regionun “Göz nuru” Lənkəran...














Bu başdan deyim ki, mən bəziləri kimi eşitdiklərimə yox, gördüklərimə əsaslanım, eşitdiklərimdən vaz keçirəm. Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. Gördüklərini, müşahidə etdiklərini yazsın. “Etibarlı mənbə”yə etibar etməsin. Əsas məqsədə keçməzdən öncə onu qeyd etmək istərdim ki, sosial şəbəkələrdə sayt, portal, informasiya agentliyi adına çirkli yuva quran bir sıra jurnalistikaya ləkələr Lənkəranda, ümumilikdə ölkəmizdə müsbət bir şey görmürlər. Çünki onlar mənəvi kordurlar. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.

Regionun “Göz nuru” Lənkəran...




















Onlar yerlərə inkişafı, yüksəlişi, hər bir bölgənin hərtəfli tərəqqəsini görmək üçün getmirlər. Bəzən də xeyirxah, tərəfdaş cildinə girib, "əncir yarpağı boyda" qəzetində boğazdan yuxarı sözlərdən ibarət dərc etdiyi bir yazını götürüb əvəzini almağa rayonlara cumurlar.

Mətləbi deyəsən bir az uzatdım. Obyektiv oxuculardan üzr istəyirəm. Məqsədə gəlirəm. Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun fəaliyyətinə kölgə salmaq istəyənlərin mənəviyyatı, keçmişi, bu günü kölgəlidir, əxlaqı ləkəlidir. Rəhbərliyin tutduğu yol isə çox aydın və düzdür. Məramı, məqsədi cənab Prezidentin sərəncam, tapşırıq, göstəriş və tövsiyələrini məsuliyyətlə icra etməklə rayon əhalisinə xidmət göstərməkdir. Nəticələr isə göz qabağındadır .

Regionun “Göz nuru” Lənkəran...










Azərbaycan sürətli inkişaf yolundadır. Bunun əyani sübutu ölkəmizin iqtisadiyyatının inkişafı, əhalinin maddi rifah halının yüksək həddə çatması, xarici sərmayənin total şəkildə məmləkətimizə axını, habelə paytaxtın və regionların davamlı və analoqu olmayan səviyyəyə yüksəlməsidir. Aydın məsələdir ki, bütün bunlar Ulu Öndər Heydər Əliyevin miras qoydugu və onun layiqli davamçısı Cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir.

Bildirək ki, regionda sürətli inkişaf yolunda olan rayonlardan biri Lənkərandır. Prezident İlham Əliyevin əmr və tapşırıqlarını, göstərişlərini, tövsiyyələrini Taleh Qaraşov operativ və dəqiqliklə yerinə yetirməsi sayəsində Lənkəran rayonu gündən günə gözəlləşir və abadlaşır. Qeyd edək ki, Taleh Qaraşov 5 ildir Lənkəran rayonunu abadlaşdırır və Lənkəran rayonu bu gün bölgənin göz bəbəyi sayılır. Hələ Taleh Qaraşov Astara rayonunda olarkən bir sıra uğurlara imza atmışdır.

Regionun “Göz nuru” Lənkəran...










Taleh Qaraşov hansı rayonda olur olsun Prezident İlham Əliyevin böyük etimadın doğruldur. Hazırda Taleh Qaraşovun gərgin əməyi və zəhməti sayəsində Lənkəran rayonunu inkişaf edir, abadlaşır və yenidən qurulur. İcra Başçısısının gərgin əməyi sayəsində bu gün rayonun əksər sahələrində böyük canlanma, dinamik inkişaf müşahidə olunmaqdadır. Rayon sakinlərinin xəbər portalımızın elektron poçtuna ünvanlanan məktublarında Lənkəran RİH-nin başçısı Taleh Qaraşovun fəaliyyətinə dair razılıq hisslərinin ifadə olunması ilə yanaşı, rayonda gedən proseslərin saytımızda işıqlandırılması xahişlərinə də tez-tez rast gəlinir.

Respublikamızın sosial-iqtisadi inkişafına böyük diqqət yetirən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bölgələrdə bir sıra layihələr həyata keçirilir. Bu layihələrin çox hissəsi Lənkəran rayonunda həyata vəsiqə alır. İstər tikinti, istərsədə yenidənqurma işləri Lənkəran rayonununu daha da gözəlləşdirir. Həmçinin Lənkəranda iri miqyaslı layihələr həyata keçirilir və ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifələrin maksimum həllinə səy göstərilir.
Ölkə rəhbərinin tapşırıqlarına əsasən rayon ərazisində iqtisadi durumun yaxşılaşdırılması, daxili imkanlardan istifadə etməklə sağlam biznes mühütünün formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbüt şəraitin yaradılması, yerli infrastruktur layihələrinin icra olunması, yeni müəssisələrinin açılması, məşğulluq səviyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı əməli tədbirlər görülür.
Odur ki, verilən tapşırıqların layiqincə yerinə yetirilməsində lənkəranlıların hər biri daha məsuliyyətlə işləyir, əhalinin sosial rifahını yüksəltməklə mövcud problemləri aradan qaldırır, yeni müəssisələrinin açılması, yeni iş yerlərinin yaradılması üçün ardıcıl və məqsədyönlü iş aparılır.

Qeyd edək ki, Lənkəran rayonunda gənclər üçün hər zaman Ulu öndərimiz Heydər Əliyev ideyaları təbliğ olunur və davamlı olaraq müxtəlif seminarlar, konfranslar və tədbirlər həyata keçirilir.

Prezidentin ona etibar etdiyi bütün postlarda Taleh Qaraşov özünü doğruldub. Biz də hörmətli Taleh Qaraşova dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar arzulayırıq.


Regionun “Göz nuru” Lənkəran...
Regionun “Göz nuru” Lənkəran...
Regionun “Göz nuru” Lənkəran...
Regionun “Göz nuru” Lənkəran...
Regionun “Göz nuru” Lənkəran...
Regionun “Göz nuru” Lənkəran...
Regionun “Göz nuru” Lənkəran...