backend

Süleyman Mikayılov pulyığımına start verib - Daş karxanaları qan ağlayır

Süleyman Mikayılov pulyığımına start verib - Daş karxanaları qan ağlayır
















Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov rayon ərazisində yerləşən daş karxanalarına əlavə racon kəsib. Bu barədə DİA.AZ-a daının çəkilməməsini istəyən sahibkarlardan biri məlumat verib.

Xəbəri verən sahibkar bildirir ki, onsuz da onlar icra başçısına aylıq haqq verirlər. Sahibkarın dia.az-a söylədiyi:

"Hər ay haqqımızı veririk. Bu dəfə isə bizdən aylığa aidiyyatı olmayan pul tələb edib. Özü də məöbləğ kifayət qədər böyükdür. Məsələn, bizdən 20 min istəyir. Başqalarını deyə bilmərəm. Amma öyrənmişəm ki, hamıya "tas qoyulub". Əgər verməsək... Bunun necə bitəəyini hamımız yaxşı bilirik".

Süleyman Mikayılovun nədən sahibkarlara əlavə haqq qoymasının da səbəbləri barədə dia.az-a müəyyən informasiyalar daxil olub. Belə ki, rayonda gəzən söhbətlərə görə Mikayılov yaxın günlərdən Qaradağ RİH başçılığından uzaqlaşdırılır və bu da onun son olaraq qazanc əldə etmə təşəbbüsü kimi dəyərləndirilə bilər.

Qarşı tərəfi də dinləməyə hazırıq...