backend

TƏCİLİ: Bakıda bina boşaldıldı - Sakinlər çadırlarda yaşayacaq (VİDEO)

TƏCİLİ: Bakıda bina boşaldıldı - Sakinlər çadırlarda yaşayacaq (VİDEO)

Binanın həyətində 70 çadır qurulub

Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı bina uçmaq təhlükəsi qarşısındadır. İstiPress-in Xəzər TV-yə istinadən xəbər verir ki, "Energetika" pansionatı adlanan bina artıq Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən boşaldılıb, bina sakinləri təxliyə edilib.

Məcburi köçkünlərdən yaşamaq üçün başqa yeri olmayanlar üçün binanın həyətində 70-yə yaxın çadırlar qurulub. Çadırlar hər cür şəraitlə təmin edilib, ərazi olaraq FHN əməkdaşlarının nəzarətinə götürülüb.