backend

Qoca Səmədov prezidentə qarşı çıxdı

Qoca Səmədov prezidentə qarşı çıxdı

İcra başçısı "Karvan"ı "öldürdü"

2004-cü ildə yaradılmış, Premyer Liqanın gümüş və bürünc medallarını qazanmış "Karvan" klubu artıq fəaliyyət göstərmir. Ötən mövsüm I divizionda çıxış edən Yevlax təmsilçisi bu mövsüm yarışa qatılmaqdan imtina edib.

qaynarxett.az-ın əldə etdiyi məlumata görə, "Karvan"ın dağılmasına maliyyə problemləri səbəb olub. Belə ki, klubun I divizionda çıxış etməsi üçün lazım olan aylıq 10 min manatı tapmaq mümkün olmayıb. Klubun rəhbərliyi kömək üçün yevlaxlı iş adamlarına və hətta icra başçısı Qoca Səmədova müraciət edib. Lakin bütün cəhdlər nəticəsiz qalıb. Qoca Səmədov klub rəsmilərinə "mənim futbola xərcləyəcək pulum yoxdu" deyib.

Dövlətin futbola bu qədər qayğı göstərdiyi, "Futbolun inkişafına dair Dövlət proqramı" həyata keçirildiyi bir vaxtda icra başçısının belə bir addım atması ölkə rəhbərliyinin qərarlarına qarşı ən azı hörmətsizlikdi. Prezident İlham Əliyevin göstərişi ilə iş adamları, məmurlar futbol klublarının saxlanması üçün vəsait ayrırlar. Hətta bəzi rayonlarda klubları İcra Hakimiyyətləri maliyyələşdirir. Lakin Qoca Səmədov ölkə rəhbərliyinin qərarlarını həyata keçirməkdən imtina edir.