backend

Ərdoğan həbs edilmiş azərbaycanlı biznesmendən danışdı - "Atamın oğlu deyil"

Ərdoğan həbs edilmiş azərbaycanlı biznesmendən danışdı - "Atamın oğlu deyil"













Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan keçən il ABŞ-da həbs edilən Azərbaycan əsilli iş adamı Rza Zərrabla bağlı sualı cavablandırıb

"Reuters”ə müsahibəsi zamanı Ərdoğana ABŞ prezidenti Donald Trampla keçirəcəyi görüşdə Türkiyə vətəndaşı olan Rza Zərrabın məsələsini gündəmə gətirib-gətirməyəcəyi sualı ünvanlanıb. O, Rza Zərrabla bağlı məsələnin gündəmində olduğunu deyib: "Atacağımız addımlardan biri də Rza Zərrab ilə bağlı olacaq. O, mənim atamın oğlu deyil, amma mənim vətəndaşımdır. Əgər günahı varsa, bizim Ədliyyə Nazirliyinə də materiallar təqdim edilməlidir. Yoxsa uydurulmuş ittihamlarla həbsdə saxlanarsa, vətəndaşına sahib çıxa bilməyən dövlət kimi tanınarıq”.