backend

Prezidentə sabotaj: “Trans Broker”in inhisarındakı zeytun yağı...

Prezidentə sabotaj: “Trans Broker”in inhisarındakı zeytun yağı...

Azərbaycanda zeytun yağı bahalaşıb

Bu ilin yanvar ayında yerli istehsal olan zeytun yağının marketlərdə satış qiyməti 8 manat 10 qəpik idisə, mart ayında bu qərəm 8.19 AZN olub.

Xaricdən idxal olunan zeytun yağının da qiymətində artım var. 2017-ci ilin yanvar ayında 1 litri 10.71 AZN-ə satılan zeytun yağının qiyməti mart ayında 11.07 AZN olub.

Rəqəmlər Dövlət Statistika Komitəsinin hesabatından götürülüb. Günbəgün artan qiymətlər əhalinin gəlirlərinə tərs mütənasibdir. İstehlakçılar isə hər gün yeni tariflərlə qarşılaşır.

Əhalinin gündəlik tələbatı olan qatıq, süd, şor, xama, mayonez bahalaşması ondan xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin nəzarətindən kənarda qalıb.

Prezidentin tapşırıqlarının əleyhinə gedərək öz maraqlarını təmin edən inhisarçılar dövlətin qanunlarını ayaqlar altına atıb. "Trans Broker” MMC yağ məhsullarının baş monopolisti kimi tanınır.

Ulus.Az xəbər verir ki, Azərbaycanda baş verən ikinci devalvasiyadan sonra gömrük və vergi sistemində şəffaflığın təmin ediləcəyi, monopoliyanın aradan qaldırılacağı ilə bağlı hökumət rəsmiləri tərəfindən açıqlamalar verilmişdi.

Hətta çıxışlarının birində prezident İlham Əliyev bildirmişdi ki, idxalda monopoliya halları aradan qaldırılmalı, korrupsiya, əsassız vergi yoxlamaları, süni maneələr tam şəkildə ləğv edilməlidir.

Hökumətin sözügedən bəyanatlarının ardından Azərbaycan Gömrüyündə idxalla bağlı əsas maneə kimi göstərilən “Trans Broker” MMC-nin ləğv edildiyi haqda məlumatlar yayılmağa başlasa da, bu günə kimi Gömrük Komitəsi tərəfindən heç bir rəsmi açıqlama ilə bu fakt təsdiqlənməyib.

Yeri gəlmişkən onu da qeyd edək ki, bir müddət öncə baş brokerin yeyintiləri barədə materialları prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov hüquq-mühafizə orqanlarına təqdim etməsi barədə məlumatlar yayılmışdı.

Məlumatlarda bildirlirdi ki, Bu ilin əvvəlində gömrük monopoliyası ləğv edilsə də, MMC fəaliyyətini davam etdirib.

Brokerlər qeyri-rəsmi gömrük imtiyazlarından faydalanmaqla idxal bazarında dominant mövqelərini qoruyub saxlayırlar. Xüsusilə də qida məhsulları bazarında. Bu mövqelərindən istifadə etməklə hətta keyfiyyətsiz məhsulları ölkəyə gətirirlər.