backend

MTN generallarının seçkidə sənədləri yandırmasının sirri - Sensasiya

MTN generallarının seçkidə sənədləri yandırmasının sirri - Sensasiya

















Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzində “Qütb gecəsi” və “Şimal küləyi” Əks- Kəşfiyyat Əməliyyatları işi üzrə sənədlərin məhv edildiyi məlum olub.

Buna səbəb bəzi generalların dövlət çevrilişi planlarını yandırmaq və arxivdən silmək məqsədi olub.

Məlum olub ki, 2013-cü ilin prezident seçkiləri ərəfəsində “destruktiv qüvvələr mövqeyindən Azərbaycana qarşı aparılan mümkün təxribat-pozuculuq əməllərinin aşkarlanması, qarşısının alınması, sənədləşdirilməsi, düşmənə dezinformasiyasının ötürülməsi və əməliyyat oyunlarının aparılması məqsədilə” 2011-ci ildə 25 saylı “Şimal küləyi” Əks- Kəşfiyyat Əməliyyatları işi açılıb.

Lakin 2013-cü ilin dekabr aynda sabiq nazir Eldar Mahmudovun sanksiyası ilə iş bağlanıb və bütün materiallar məhv edilib.

İddialara görə, 2013-cü ildə Eldar Mahmudovun hakimiyyəti ələ keçirmək təşəbbüsləri olub. Onun daxildəki resursları və beynəlxalq əlaqələri bu ambisiyaları gücləndirib.

Lakin həmin il sabiq nazirin istəkləri gerçəkləşməyib. O baxımdan agentura şəbəkəsinin də sənədləri arxivdən yandırılıb.

Hətta keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun baş nazir postunu ələ keçirmək planı olub.

Eldar Mahmudovun məxfi planına əsasən baş nazir postuna iddialı məmurlar sıradan çıxarılmalı və nəhayət bu posta öz təyinatını reallaşdırmalı idi.

Ulus.Az-ın verdiyi məlumata görə, Eldar Mahmudovun və onun çevrəsinin ölkə başçısına, ölkə əleyhinə bütün o beynəlxalq məlum propoqandanın aparılmasındakı qara informasiya dövriyyəsində də fəaliyyəti mövcud olub.

Yəni, onlar bu minvalla ölkə rəhbərliyini özünümüdafiədə hərəkət etməyə məcbur qoyublar.

Sanki qaldırılmış siyasi informativ bum və dumanın içərisində özlərinin qurduqları tələlərin gətirdiyi qurbanları həzm etməyə çalışıblar. Onların ağlı, düşüncəsi ilə məntiqi mülahizə yürütmək çox çətindir.

Əldə olunan dövriyyə 100 milyonlarla dolları və yaxud milyardı keçəndən sonra artıq bu stixeyalı prosesə çevrilib.

Və onlar düşünüblər ki, artıq mərkəzi kəşfiyyat idarələri, mossadlar, mi-6-lar qədər dünya üzərində böyük bir mənəvi, maddi, iqtisadi hakimiyyət əldə ediblər.

Eldar Mahmudov və dəstəsi məqsədli şəkildə ölkədə gərginlik yaradıblar. Çox ustalıqla vətəndaş və dövlət arasındakı münasibətlər pozulur, əvəzində dövlətdən müxtəlif tapşırıqlar alınır.

Üçüncü tərəfdən müxtəlif şəxslərin əlverişli, real, obyektiv informasiya vermələrinin qarşısı kəsilir və onlar bloklanır. Müxtəlif intriqa mühitləri yaradılır və hamını kompromatlarında boğmağa vadar edirlər.

O cümlədən ictimai hərəkatlarla da bağlanırlar. Yəni, heç şübhə yoxdur ki, Azərbaycanda vəhhabizm Çovdarovçuluqla, Eldaravşina ilə birlikdə, paralel mövcud olub.

Azərbaycanda həqiqi mənada vəhhabiliyin geniş bir şəkildə yayılmasının qarşısını alacaq tədbirlər yalnız polis orqanları tərəfindən görülüb.