backend

Məktəbli qızı maşın vurdu

Məktəbli qızı maşın vurdu




















Nailə müəllim yanından hazırlıqdan gəlirmiş.


Şəkidə orta məktəb şagirdini maşın vurub.

qaynarxett.az xəbər verir ki, ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, rayon Mərkəzi Xəstəxanasının qarşısında 1954-cü il təvəllüdlü Güləhməd İsrafil oğlu Məhərrəmli idarə etdiyi “VAZ 2106” markalı, 10 EX 549 dövlət nömrə nişanlı maşınla piyadanı vurub.

Qəza nəticəsində 1998-ci il təvəllüdlü Nailə Sakit qızı İsmayılova ağır yaralanıb. Onu xəstəxanaya yerləşdiriblər.

Hadisə məktəblinin avtobusdan düşərək yolu keçmək istədiyi zaman baş verib. Nailə müəllim yanından hazırlıqdan gəlirmiş.

Faktla bağlı araşdırma aparılır.