backend

Son dəqiqə!!! YENİ HƏDƏF İRANDIR: XAOS və KÖÇ DALĞASI, Azərbaycan və Türkiyə BÖYÜK TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ...

Son dəqiqə!!! YENİ HƏDƏF İRANDIR: XAOS və KÖÇ DALĞASI, Azərbaycan və Türkiyə BÖYÜK TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ...

İranda dünəndən başlayan terror hücumları davam edir. Ötən gün Xonmeyni türbəsinə, Tehran metrosunun “Xomeyni” stansiyasına və parlament binasına hücum edildi. Terror hücumu nəticəsində 17 nəfər həlak oldu, 40-a yaxın insan yaralandı. Günün ikinci yarısında terrorçular məhv edildi, lakin bu gün səhər saatlarında isə kütləyə asit turşusu ilə hücum olunub, nəticədə 16 nəfər yaralanıb. Hazırda İranda vəziyyət gərgin olaraq qalır.

Ankara İqtisadiyyat və Texnologiyalar Universitetinin professoru, beynəlxalq məsələlər üzrə ekspert Toğrul İsmayıl Publika.az-a müsahibəsində İrandakı hücumların səbəbləri, arxasındakı qüvvələr və bunun regiona təsirini şərh edib.
Son dəqiqə!!! YENİ HƏDƏF İRANDIR: XAOS və KÖÇ DALĞASI, Azərbaycan və Türkiyə BÖYÜK TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ...
- Toğrul bəy, Qətər böhranından dərhal sonra İranda terror aktları törədildi. Regionda nə baş verir?
- Bizim bölgəmizdə və Yaxın Şərqdə baş verən hər hansı hadisənin təsadüfi olduğuna inanmıram. Qətər məsələsindən sonra İranda baş verən hadisələr Tehranın Qətəri dəstəkləməsinə mesajdır. Bu, təsadüfi deyil. İŞİD-in terror aktını üzərinə götürməsi isə aldadıcıdır. Yaxın Şərqdə İsrailin özünə təhlükə hesab etdiyi üç ölkə var idi: İraq, Suriya və İran. İraq və Suriya artıq bəllidir. Sıradakı mesaj İranadır. Tramp da seçilməmişdən öncə İran məsələsini gündəmə gətirmişdi.

- Suriya və İraqı zərərsizləşdirdilər, hesab etmək olar ki, terror hücumları hədəfdə olan İrana keçirilir və baş verənlər yalnız başlanğıcdır?
- Əlbəttə İranda terror hadisələrinin artması, xaosun baş verməsi ehtimalı yüksəkdir. İndi hər şey İranın xarici siyasətini necə aparacağından, özünü necə göstərəcəyindən asılıdır. Təbii ki, İran nə Suriya, nə də İraqdır, burada vəziyyət daha həssasdır. Lakin heç bir şey istisna deyil. Ümumi vəziyyət bir tərəfdən, İranın Rusiya və Türkiyə ilə münasibətləri, Avropa ilə əlaqələrindən, digər tərəfdən isə ABŞ-ın təzyiqinə qarşı necə hərəkət edəcəyindən asılıdır. İranı içəridən qarışdırmaq üçün yetərincə vasitə var. Bu ölkədə müxtəlif etniklər, müxtəlif məzhəblər mövcuddur. İdeoloji rejim şiə məzhəbi üzərində qurulub. Bu cür ölkələri qarışdırmaq asandır. Amma necə olacaq, nə zaman olacaq, bunu demək çətindir. Çünki İranla bağlı məsələ 2000-ci ildən, hətta ondan da əvvəl başlayıb, lakin bu ölkə bütün təzyiqlərin öhdəsindən gələ bilir. Bundan sonra potensialının nə vaxta qədər çatacağını demək çətindir. İran qapalı qutudur, buna görə nəyin necə olacağını dəqiq demək mümkün olmur. Amma Trampın prezidentliyi dövründə ABŞ-İran münasibətləri gərgin olaraq qalacağını söyləmək çətin deyil.

- İranda daxili xaosun başlaması region ölkələrinə necə təsir edə bilər?
- İranda baş verə biləcək xaos, daxili qarşıdurma qonşu ölkələr üçün təhlükəlidir. Yəni köç dalğası ola bilər, xüsusilə Azərbaycan və Türkiyəyə. Digər tərəfdən, bəzən sevinə bilərlər ki, oradakı türklər vəziyyətdən istifadə edərək, öz dövlətini qura bilərlər. Amma unutmaq lazım deyil ki, bu cür ssenarilər kənardan gəldiyi üçün onlar bunun içində oyuncaq olarlar. Çünki belə ssenarilərdə ümumi nəticəni sən müəyyən etmirsən, buna görə də öz planını həyata keçirə bilmək ehtimalı aşağıdır. Buna görə də diqqətli olmaq əsas məsələdir. Növbəti xaosun olması isə dediyim kimi, köç dalğası, iqtisadi problemlər, enerji təhklükəsizliyində yaranacaq çətinliklər deməkdir. Unutmamalıyıq ki, İran kiçik dövlət deyil, bu ölkəni Əfqanıstan, yaxud Suriya ilə müqayisə etmək doğru olmaz.

- Bu hadisələrin son nəticəsində ABŞ-İran müharibəsi, yaxud regionda yeni toqquşmanın olması mümkündürmü?
- İranla ABŞ-ın və Qərbin münasibətləri birmənalı deyil. Ortada daimi gərginlik var. İndiki vəziyyətdə müharibənin olması haqda danışmaq tezdir. Amma unutmaq lazım deyil ki, Trampın Səudiyyə səfərində bu ölkəyə külli miqdarda silah satışı ilə bağlı müqavilənin imzalanması gələcək hədəfinin İran olduğunu açıq şəkildə göstərir.

- Bütün bunların fonunda Qətər böhranını necə görürsünüz, həmçinin, baş verənlər Yaxın Şərqdəki hadisələrə necə təsir göstərəcək?
- Regionda sabitsizlik baş alıb gedir. Bu hadisələr gərginliyi daha da artıracaq. Qətər böhranı sadə məsələ deyil. Bu ölkə böyük qaz ehtiyatlarına malikdir. Qətərin Ankara ilə münasibətləri yüksək səviyyədədir, Türkiyəyə böyük miqdarda investisiya qoyur. Son zamanlar Qətər sərbəst siyasət yürütməyə çalışır, eləcə də İranı dəstəkləyən açıqlamalar verir. Bu da ABŞ və Səudiyyə Ərəbistanını narahat edir. Ən ciddi narahatlıq doğuran məqam isə müsəlman ölkələrin ramazan ayında digər müsəlman ölkəsinə qarşı sərhədləri bağlaması, oradakı insanları qıtlıqla üz-üzə qoymasıdır. Bu, həm etik deyil, həm də İslama yaraşmır. Bu baxımdan, xəyallardakı İslam ittifaqından danışmaq çox tezdir. Müsəlman ölkələrinin hər birinin öz çıxarları var və öz mənfəətləri üçün çalışırlar. Baş verənlər regionda gərginliyin uzun müddət davam edəcəyini göstərir.