backend

Günü göy əskiyə bükülən Göyçay

Günü göy əskiyə bükülən Göyçay

Mənsur Məmmədov iş adamlarını, büdcə təşkilatında çalışanları təngə gətirib.

Nəqliyyat naziri Ziya Məmmədovun əməllərindən bütün ölkə sakinləri cana doyub. Onun və yaxınlarının yol çəkilişləri zamanı yol verdiyi maxinasiyalar, nəqliyyat strukturunda yol verdikləri ağlasızmaz korrupsiya haqda zaman-zaman mətbuatda yazılıb. O da qeyd edilib ki, nazir həmçinin bir neçə rayonu kurasiyasında saxlayır. Bunlardan biri də Göyçaydır.
Öncə başlayaq ki, rayonun dağlarındakı çınqılı, daşları da əridib daşıyan məmurların hərəkəti göyçaylıların narazılığına səbəb olub. Yerli sakinlər Məmmədovların Potu kəndindəki villalarından da qəzəblə danışır. Kəndin hektarlarla ərazisini zəbt edən Ziya Məmmədovun oğlu Anar Məmmədov burada iki villanı yanaşı tikdirib. Ərazi isə polis tərəfindən ciddi mühafizə olunur. Yerli camaat deyir ki, Anar Məmmədov burada eyş-işrət məclisləri qurur, əylənir. Bu da sakinləri qəzəbləndirib.
Bizimlə söhbətdə onlar maraqlı bir məlumatı da diqqətə çatdırdılar: “Kamaləddin Heydərovun çoxdan Göyçaya ”vurulub". O, Qəbələdə “Jalə” şirə zavodunu açandan sonra Göyçayda bütün nar bağlarına sahib çıxıb. Rayonda heç bir zavod-fabrikin nar almaq ixtiyarı yoxdur. Çünki nar məhsulları tonlarla Qəbələyə göndərilir. Hazırda Göyçay narı rayon əhalisinin maraq dairəsindən kənarda qalıb".
Sakinlər deyir ki, vəzifədən gedəcəyini bilən icra başçısı Mansur Məmmədov iş adamlarını, büdcə təşkilatında çalışanları təngə gətirib. O, iş adamlarından, büdcə təşkilatlarından, müəllimlərdən, bələdiyyə sədrlərindən pul yığdırır. Görünür, vəzifədən gedəcəyini başa düşdüyü üçün son talan əməliyyatını həyata keçirmək istəyir.
Potu-kürd kəndinin camaatı sosial problemlər məngənəsində çabalasa da, icra başçısı Mənsur Məmmədov heç nə olmamış kimi öz işində-gücündədir. Sakinlər iddia edirlər ki, bələdiyyə sədri icra başçısına güvənərək, bildiyini edir və bu vəziyyət uzun müddətdir ki, davam edir: “Potu-kürd bələdiyyəsinin sədri icra başçısı Mənsur Məmmədova arxalanır və hər dəfəsində onunla yaxınlığından istifadə edərək, kənd camaatına təsir və təzyiqlər edir. Ümumiyyətlə, bu gün təkcə bizim kənddə deyil, Göyçayın əksər kəndlərində eyni vəziyyət hökm sürür. Hamı icra başçısından və onun adamlarından narazıdır”.
Saysız-hesabsız problemlər məngənəsində sıxılan sakinlər bu qışı da qazsız keçirməli olacaqlar. Hazırda rayonda elə bir vəziyyət yaranıb ki, bir zamanlar Göyçayı bütün respublikada, eləcə də keçmiş ittifaq miqyasında məşhur edən nar sakinlərin yadına belə düşmür. Yeri gəlmişkən, əgər keçmiş sovet dövründə rayonda nar bağlarının ümumi sahəsi 3000 hektardan artıq idisə, bu gün bu rəqəm 1500 hektar ancaq olar.
İcra başçısı Mənsur Məmmədov təyinatının ilk günlərindən icra hakimiyyətində keçirilmiş bütün iclaslarda yaxın zamanlarda Göyçay rayonunun bütün kəndlərinin təbii qazla təchiz olunacağına söz verib. Onun populist çıxışlarına aldanan rayon camaatı iki ildən artıqdır ki, odun və yanacaq sarıdan da əziyyət çəkir. Hazırda Göyçayda bir maşın odunun qiyməti 350-400 manat təşkil edir.
Rayonun su və kanalizasiya sistemində də vəziyyət ürəkaçan deyil. Şikayətçilərin sözlərinə görə, Göyçayın su, kanalizasiya xətti yarım əsrdən artıqdır ki, istismar olunur: “Ötən ilin yazından Göyçay rayonunun su və kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar Asiya İnkişaf Bankının ayırdığı 11 milyon ABŞ dolları həcmində layihənin icrasına başlanıb. Qeyd edək ki, layihə çərçivəsində şəhərin yaşayış binalarının, eləcə də həyət evlərinin su, kanalizasiya xətlərinin yenidən qurulması planlaşdırılsa da, indiyədək ortada konkret nəticə yoxdur”.

Göyçaylılar icra başçısının özbaşnalığından beziblər

Göyçay rayonu Cəyirli kənd sakinləri tərəfindən rayon icra başçısı Mənsur Məmmədov haqqında redaksiyamıza müraciət daxil olub.Müraciətdə deyilir:
“Göyçay rayon İcra Hakimıyyəti başçısı Mənsur Məmmədov bizim qanuni əmlak pay torpaqlarımıza əl qoyub deyə mülkiyyətimizdən qanunsuz olaraq məhrum edilmişik. Beləki, kənd ərazisində 1998-ci il tarixdə hamı kimi bizədə əmlak pay torpaqları verildi. Bütün qanuni sənədlərimiz var. Ancaq sonradan bizim qanuni pay torpaqlarımız Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyevin, onun qardaşı kənd icra nümayəndəsi Fərhad Nəbiyevin təşəbbüsü ilə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsinin sədri Nofəl Fərzəliyevin saxta sənədləri əsasında, başqa şəxslərə satılmışdır ki, bütün bunların başında Göyçay Rayon İcra Hakimiyyəti başçısı Mənsur Məmmədovun dayandığı artıq sübut olunub.
Qanunu torpaqlarımıza sahib olmaq üçün məhkəmədə qaldırdığımız iddialar təmin olunmuş, hətda Ali Məhkəmənin 06 .09.2012-ci il tarixli 2(102)-2617/2012 saylı Qərarının icrasına rayon rəhbəri Mənsur Məmmədov icazə vermir. İcra başçısı şəxsən deyir ki, Ali Məhkəmənin yox ,mənim razıkığım olmalıdır.
Mənsur Məmmədov Göyçay Rayon İcra başçısı vəzifəsinə təyin olunandan rayon sakinləri zəlil olublar. Çoxlu sayda kənd sakinləri analoji qanunsuzluqla saxtakarlıqla üzləşib. Kənd sakinləri bu özbaşınalığa görə, torpaqlarını əkib becərə bilmədiyi üçün yoxsul vəziyyətə düşmüşdür.
Biz bir qurup kənd sakini sözümüzü şəxsən Prezidentə çatdırmaq üçün 11 avqust 2014-cü il tarixdə Bakı şəhərinə Prezident Administrasiyasına qəbula gedəcəyik. İnanırıq ki, Prezident cənab İlham Əliyev şəxsən bu qanunsuzluğun araşdırılması üçün göstəriş verəcəkdir. Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə müraciət edirik.
Cənab Prezident, xahiş edirik bizim əmlak pay torpaqlarımızın özümüzə qaytarılmasına, məhkəmə qəraının icra edilməsinə köməklik göstərəsiniz, saxtakarlıqla, qanunsuzluqla məşğul olan icra başçısı Mənsur Məmmədovun barəsində tədbirlər görəsiniz. Ümüdümüz ancaq Sizədir.
İmza:
Quliyev Əlsafa Bilal oğlu
Feyzullayev Zülfü Abdulrəhman oğlu
Adgözəlov Qurban Arif oğlu
Quliyev Nahid Şalir oğlu”


Günü göy əskiyə bükülən Göyçay























Cənab prezident xahiş edirik bizə kömək edin".

Göyçay rayon sakinləri tərəfindən redaksiyamıza daxil olan başqa bir müraciətdə isə rayonda məmur özbaşınalıqlarından, sakinlərin şikayətlərinə baxılmamasından, problemlərinin həll olunmamasından bəhs edilir və ölkə prezidentindən məsələ ilə bağlı kömək istənilir:
"Göyçay rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov və Göyçay rayon Qaz İstismarı İdarəsinin rəisi Murtuz Salahovun qanunsuz əməlləri nəticəsində 3-ildən çoxdur ki, süründürməçiliyə məruz qalmışıq. Bizim evimizə maye qazın çəkilməsini təmin etmirlər. Hansı ki, əsas boru xətti ilə (ana xətt ) evimizə olan məsafə 200 metrdir ki, qanuna əsasən bunu Qaz İstismar İdarəsi özü çəkməlidir. İmkanımızın olmamasına baxmayaraq bizdən pul tələb edilir. Dəfələrlə Rayon İcra Hakimiyyəti başçısı Mənsur Məmmədovun qəbulunda olmuşuq, hər dəfə tədbir görüləcəyini bildirsə də indiyədək heç bir tədbir görülməyib. İlin bütün fəsli maye qazın olmamasına görə çox əziyyət çəkirik. Qışda azyaşlı uşaqlarımızın soyuqdan ölməməsi üçün çörək pulumuzu oduna veririk. Əsas boru xətti (ana xətt) ilə evimizə qədər olan məsafə 200 metrdir, ancaq İcra Başçısı Mənsur Məmmədovun rayonun Üngütlü kəndindəki əzəmətli villasına maye qaz çəkilmişdir ki, əsas maye qaz boru xəttindən həmin villaya 4 kilometr məsafə var oraya tək-xüsusi boru xətti çəkilib. Gəlib gözlərinizlə görə bilərsiniz . İcra başçısı Mənsur Məmmədov və Qaz İstismar İdarəsinin rəisi Murtuz Salahov ancaq özlərini və ciblərini düşünürlər. Elə bilirlər ki, Göyçay rayonu bunların şəxsi mülkiyyətidir bizdə onların qullarıyıq. Biz artıq bu barədə prezident cənab İlham Əliyevə şikayət ərizəsi göndərmişik. İnanırıq ki, cənab prezident bu rüşvətxorlar barədə ciddi tədbirlər görüb evimizə maye qazın çəkilməsinə göstəriş verəcək. “
Davamı var...

Kənan