backend

Nazirlikdən telefon açıqlaması

Nazirlikdən telefon açıqlaması













Təhsil Nazirliyi orta məktəblərdə şagirdlərin mobil telefonlardan istifadəsinə qadağa qoyulması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Nazirlikdən Qaynarxətt.info-ya verilən məlumata görə, tədris prosesinə mane olduğu üçün orta məktəblərdə şagirdlərin mobil telefonlardan istifadəsi yolverilməzdir. Xüsusilə də dərs zamanı bu mövqe birmənalıdır: "Ancaq bildiririk ki, Təhsil Nazirliyi tərəfindən orta məktəblərdə şagirdlərin telefonlardan istifadəsinə qadağa qoyulması ilə bağlı heç bir təlimat verilməyib".