backend

Venesuelada gərgin anlar — Millət vəkilləri döyüldü, polis helikopteri Ali Məhkəməyə hücum etdi

Venesuelada gərgin anlar — Millət vəkilləri döyüldü, polis helikopteri Ali Məhkəməyə hücum etdi

















Venesuelada gərginlik artan temp üzrə hərəkət edir.

"Ölkə.Az" xəbər verir ki, milli qvardiyanın əməkdaşları 3 deputatı döyüblər. Milli Qvardiya əsgərləri parlament binasından sənədləri aparmaq istəyəndə, deputatlar onlara mane olublar. Nəticədə toqquşma baş verib və deputatlar döyülüblər.

Polis helikopteri isə Venesuela Ali Məhkəməsinin binasına hücum edib. Bu barədə isə ölkənin rabitə və informasiya naziri Ernesto Vilyeqas məlumat verib. Məlumatda deyilir: "Bir nəfər respublikaya qarşı silah qaldırıb. O, helikopteri ələ keçirib və Ali Məhkəməyə hücum edib".

Bu informasiyanı prezident Maduro da təsdiqləyib: "Pilotlardan biri keçmiş daxili işlər naziri Migel Torresin pilotu olub. Migel isə MKİ (ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi) ilə əlaqəli adamdır".