backend

TƏCİLİ!!! Partiya sədrindən ölkəni silkələyəcək ANONSLAR: “ Gizli bir müxalif qüvvə ", "Vətəndaş müharibəsi" VƏ SAİR ŞOK FAKTLAR...

TƏCİLİ!!!  Partiya sədrindən ölkəni silkələyəcək ANONSLAR: “ Gizli bir müxalif qüvvə ", "Vətəndaş müharibəsi"  VƏ SAİR ŞOK FAKTLAR...

“Məmurlarımızın da tamahı çox güclüdür, ona görə də xarici qüvvələr onları tez ələ ala bilir”

“Bu gün Azərbaycanda müxalifət partiyası olsaydı, olkə baş verən siyasi, sosial-iqtisadi proseslərə reaksiya verərdilər. Verə bilmirlər, çünki xalqın içində dayaqları yoxdur”.

Bunu açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Onun sözlərinə görə fəaliyyəti görünmüyən müxalifət partiyaları “əl müxalifəti” sayılır. Partiya sədri hesab edir ki, “mən müxalifətəm” deməklə heç nə həll olunmur:

“Benzinin qiyməti qalxdı, bular heç nə olmayıbmış kimi kənarda dayanıb xalqın narazılığına biganə baxırlar. Devolvasiya olanda da belə oldu. Kimlərsə bulara drijorluq etməlidir ki, hay-küy salsınlar, xalqı meydanlara yığsınlar. Bununla itirdikləri inamı bir az da itirirlər. Gərək müxalifətlə xalq arasında bir təmas, birlik olsun”.

MMP sədri hesab edir ki, bütün gücünü itirmiş həmin müxalifətdən fərqli olaraq alt qadda çox ciddi proseslər baş verir:

“Azərbaycanda gizli, çox güclü, çox qorxulu, istənilən məsələni həll etməyə qadir olan bir müxalif qüvvə formalaşmaqdadır. Çox ciddi oyunların başlanğıcı artıq qoyulubdur. Bu qüvvələri hazırki müxalifət idarə edə bilməz. Onları idarə edən güclər var ki, kifayət qədər böyük kapital sahibləridir. Onların da belə bir iddiaları var ki, niyə biz olmuyaq! Bu qüvvənin bir hissəsi xaricdədi, bir hissəsi hakimiyyətin daxilində masqalanıblar, bir hissəsi vaxtilə hakimiyyətdə olub böyük pullar yığıblar, yenidən o arzuyla yaşayırlar ki, hakimiyyətə gəlsinlər. Qolları da çox uzundur, xaricədək uzanır”.

Rusiyanın Azərbaycanda çox böyük oyunların ssenarisini qurduğunu vurğulayan H.Hacıyev bu proseslərdə Rusiyanın Qərbdən irəlidə olmaq istəyi ilə çaba göstərdiyini deyir:

“Rusiya öz məqsədinə çatmaq üçün Azərbaycanda vurnuxur, müxalifət isə yoxdur ki, daxildən təşkilatlansın, bu güclərə qarşı müqavimət göstərsin. Əlbətdə ki, xaricdən gələcək ölkə rəhbəri istər-istəməz həmin dövlətin ab-havasına oynayacaqdır. Vəziyyət budur, bunu heç kim dana da bilməz”.

Partiya sədri deyir ki, həmin müxalifətdən fərqli olaraq MMP prosesləri sakitcə izliyən deyil, zamanı çatanda qarşısını almaq üçün bütün gücünü ortaya qoyacaq:

“Bizim müxalifət kimi məmurların da tamahı çox güclüdür, ona görə də xarici qüvvələr onları tez ələ ala bilib, hakimiyyətin daxilində öz adamlarını yerləşdirirlər. Eləcə də müxalifət xaricdən buyruq gözləmə mövqeyindədir. Məsələn, Rusiyadakı qüvvələr müxalifətlə işbirliyi qura bilərlər, bu, gözlənilir. Avropanın özünün də Azərbaycanda xüsusi maraqları olduğu üçün onun da bu müxalifətlə və hakimiyyət daxilindəki ikili oyun oynayan qüvvələrlə işbirliyi gözlənilir. Bu həmin qüvvələrdir ki, süni sosial problemlər yaratmaqla xalqı prezidentdən narazı salmağa çalışırlar. Bu da vətəndaş müharibəsinə gətirib çıxara bilər. Prezidentə isə səhv məlumat verirlər ki, guya xalq yaxşı yaşayır, razılıq edir və sair. Yuxarı təbəqənin rəyi əsas deyil axı. Əsas orta təbəqənin fikri prezidentə düzgün çatdırılmır. Düşünürəm ki, bu məsələlərə gərək mənim qardaşım çox ciddi şəkildə diqqət yetirərək millətin fikrini əsas götürsün, ətafındakı insanların yox”.