Azərbaycanın valyuta ehtiyatları 40 mlrd. dollara yaxınlaşır

Iqtisadiyyat 20-07-2017, 12:37
Azərbaycanın valyuta ehtiyatları 40 mlrd. dollara yaxınlaşır















Azərbaycanın valyuta ehtiyatları 2017-ci il iyulun 1-nə 39, 755 mlrd. ABŞ dolları təşkil edib.

“Report” xəbər verir ki, bunun 87,51%-i və yaxud 34 790,9 mln. dolları Azərbaycan Dövlət Neft Fondunun (ARDNF), 12,49%-i və yaxud 4 964,1 mln. dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Bu ilin II rübündə ölkənin valyuta ehtiyatları 2 115,1 mln. dollar və yaxud 5,62% artıb. Artım ARDNF-in valyuta ehtiyatlarında 1 502,7 mln. dollar və yaxud 4,53%, AMB-nin valyuta ehtiyatlarında isə 531,4 mln. dollar və yaxud 11,99% olub.

Son bir ildə isə ölkənin valyuta ehtiyatları 353,2 mln. dollar və yaxud 0,9% artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 408 mln. dollar və yaxud 1,16% azalıb, AMB-nin ehtiyatları isə 680,2 mln. dollar və yaxud 15,88% artıb.
Oxunub: 509
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 


ILK-10