backend

TƏCİLİ!!! Nazirdən xalqa İNANILMAZ PİSLİK: 6 dəfə çox donmuş, təhlükəli toyuq ətinə sertifikat verib - Faktlar

TƏCİLİ!!! Nazirdən xalqa İNANILMAZ PİSLİK: 6 dəfə çox donmuş, təhlükəli toyuq ətinə sertifikat verib - Faktlar

Kənd Təsərrüfatı Nazirliyinin inanılmaz fırıldağı üzə çıxıb

Ulus.Az-ın verdiyi xəbərə görə, nazirlik idxala icazə sənədi ilə ölkəyə tərkibində nəmliyinin kütlə payı normadan 6 dəfə artıq olan dondurulmuş toyuq əti idxal edirmiş.

Aqronom-ekspert Vahid Məhərrəmov yazıb ki, bu yolla malın çəkisində və keyfiyyətində istehlakçıları aldadıblar.

Dondurulmuş okean balıqları alırdıq marketdən içindən buz çıxırdı. Çəkiyə təsir edir, əlbəttə. Toyuğu da yerli istehsal alırıq. Xarici toyuqlar buzlu olduğuna görə çəkidə ağır gəlir.

Ukraynadan Azərbaycana tərkibində normadan 6 dəfəyədək artıq nəmliyin kütlə payı olan dondurulmuş toyuq əti məhsulları idxal edən bir neçə şirkətin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Hazırda cinayət işi üzrə təqsirkar şəxslərin tam dairəsinin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Ancaq həmin şirkətlərin adları açıqlanmır. Sadəcə, nazirliyin də idxalda müştərək olduğu üzə çıxıb.

Ulus.Az-ın verdiyi xəbərə görə, H.Əsədovun nazirliyi məsələ barədə susur və açıqlama vermir. İstehlakçıları aldadan, vətəndaşlara kələk gələn nazirlik rəsmi izahat verməlidir.

Bundan əvvəl “Qualiko” əmtəə nişanı adı altında ölkəyə gətirilən dondurulmuş toyuq əti məhsullarının idxalçılarından tələb olunan müvafiq sənədlərin – Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin idxala icazə sənədi, Azərbaycan Səhiyyə Nazirliyinin Gigiyenik sertifikatı, Ukraynanın Beynəlxalq Gigiyenik sertifikatı, mənşə sertifikatının Dövlət Gömrük Komitəsinə təqdim olunduğu, DGK-nın Mərkəzi Gömrük Ekspertizası İdarəsində müvafiq ekspertiza aparıldığı və məhsulun təyin olunmuş normativlərə uyğun olduğuna dair DGK məlumat yaymışdı.

Deməli, nazirlik və Baytarlıq Xidməti bu fırıldağa şərikdir və sertifikat verir. “Qualiko” toyuq məhsulları yenidən Azərbaycan bazarına daxil olub.

Bu dəfə ekspertizanı Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Komissiyası keçirib. Nəticədə toyuq məhsullarında normadan artıq baytarlıq preparatları aşkar edilib. Məhsulun insan həyatı üçün təhlükəli olması təsdiqlənib.

Məlumata görə, “Qualiko” məhsulları Bakının mərkəzində Mirəli Qaşqay küçəsində, Keşlə, Sumqayıt, Xırdalan, Lənkəranda və Gəncədə satılır.

Əsasən, təhlükəli məhsullar Bakıda toyuq dönəri üçün geniş istifadə olunur. Nazirlik xalqa zəhər yedirirmiş və sənəd verirmiş.