backend

POLİTOLOQ OD PÜSKÜRDÜ: “SİZİN DİNİNİZ DƏ, İMANINIZ DA SAXTADIR” - CƏNUBDAN TƏHLÜKƏ

POLİTOLOQ  OD PÜSKÜRDÜ: “SİZİN DİNİNİZ DƏ, İMANINIZ DA SAXTADIR” - CƏNUBDAN TƏHLÜKƏ

"BMT-nin 4 qətnaməsinin qəbulu zamanı İran dövləti bunun əleyhinə səs verdi"
"İçimizdəki bəzi adamlar İran ayətullahlarını təqlid edirlər. Bu adamların bir çoxu İranın “xüsusi dini məktəblər”ində təhsil alaraq geri dönür və iranyönlü istiqamət götürərək dini cəhaləti təbliğ edirlər. BU"Ərdəbilli ayətullah Seyyid Həsən Amili növbəti dəfə öz çirkin böhtan və qarayaxmalarını sosial şəbəkələrdə yayıb”. Bunu Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev "Sherg.az”a açıqlamasında deyib.

Cənub tərəfdən gələn təhlükəyə diqqət çəkən ekspert bəyan edib ki, indiyə qədər özünü milli düşüncə sahibi kimi qələmə verməyə çalışan Amili bu dəfə sahiblərindən aldığı göstərişlə içində saxladığı kin-küdurətini püskürüb:

"İran xüsusi xidmət orqanlarının verdikləri bir dəstə kağızı üzündən oxuyan Amili Azərbaycan hakimiyyəti və xalqına qarşı iyrənc və çirkli ifadələrlə böhtanlar yağdırıb. Bu adam utanmadan Azərbaycan xalqını fərarilikdə və qorxaqlıqda ittiham edərək bildirib ki, guya biz erməninin "kiş” deməsiylə torpaqlarımızı buraxıb qaçmışıq. Amili İranın Ermənistanla birlikdə həyata keçirdiyi Şuşa işğalını da utanmadan Azərbaycanın qorxaqlığı ilə əlaqələndirib. İddia edib ki, Şuşada 50 nəfər müdafiəçi olsaydı, şəhər işğal olunmayacaqdı”.

Politoloq vurğulayıb ki, çətin zamanlarda Azərbaycan ordusu əlində olan bütün imkanlardan istifadə edərək Qarabağı qorumağa çalışıb. Lakin İran və Rusiya aktiv şəkildə Ermənistana dəstək olublar:

"Əgər onların dəstəyi olmasaydı, ordumuz qısa zamanda Qarabağı murdar işğalçılardan azad edəcəkdi. Qələbəyə yaxın olduğumuz zamanda İranın hərtərəfli iqtisadi və hərbi dəstəyi ilə düşmənin soyqırımına məruz qaldıq. Amili bu cür sözlərlə həyatının ən alçaq əməlini törətmiş oldu.Tanınmış dövlət adamı və professorumuzun dediyi kimi "sizin dininiz də, imanınız da saxtadır”. BMT təhlükəsizlik şurasının məlum 4 qətnaməsinin qəbulu zamanı İran dövləti bu qətnamənin əleyhinə səs verdi. Amma Təhlükəsizlik Şurasına rəhbərlik edən İsrail dövləti bu qətnamənin qəbul edilməsində yanımızda yer aldı. Bunu görməyən İran hakimiyyəti kordur”.

Həmsöhbətimiz bildirib ki, içimizdəki bəzi adamlar İran ayətullahlarını təqlid edirlər:

"Bu adamların bir çoxu İranın "xüsusi dini məktəblər”ində təhsil alaraq geri dönür və iranyönlü istiqamət götürərək dini cəhaləti təbliğ edirlər. Bu təbliğatın alt qatında Vətənə xəyanət və dövlətçiliyimizə təhlükə dayanır. Bu günün özündə belə iran ayətullahları tez-tez Azərbaycanın İran torpaqları olduğunu iddia edən çıxışlar edirlər. Şimali Azərbaycanın tarixi ərazisində min il davam edən Şirvanşahlar, Atabəylər, Qaraqoyunlar və ondan öncə də Albaniya dövləti mövcud olub. Yurdumuzda qurulan bütün türk dövlətləri düşmənlərimizin yuxularını kabusa çevirib”.

V.Əfəndiyev deyib ki, İran hökumətinin Azərbaycana qarşı bu sayaq aqressiv və ədalətsiz davranışları yeni deyil:

"Sasanilərdən tutmuş günümzə qədər İran hakimiləri bu torpaqlara hər zaman yadelli işğalçı gözü ilə baxıblar. Lakin biz heç vaxt onlara baş əyməmişik. O səbədən qə tarixi keçmişimiz və dövlətçilik ənənələrimiz bu yurdda dövlət sahibi olmağımıza imkan verdi. Bu gün İranın ali dini lideri Ayətullah Xameneyi etnik türk olsa da, qulluq etdiyi ideologiya heç də özündən əvvəlki İran şahlarından fərqlənmir. Nə yazıq ki, 500 ildən artıq zamandır İranın bütün yönəticiləri türk olmalarına baxmayaraq, fars şovnizminə xidmət ediblər. Bunların nəticəsi olaraq Həsən Amili kimi şəxslər peyda olub”.