Rüşvətxor məmur necə tənbeh edildi - "Haram yeyirsən və haram içirsən"

Sosial 29-07-2017, 10:13
Rüşvətxor məmur necə tənbeh edildi - "Haram yeyirsən və haram içirsən"














"Bacardığın qədər dul qadınlar və yetimlər üçün saxlanılan maldan oğurladın"

İmam Əli (ə) Abdullah ibni Abbası Bəsrəyə vali təyin edir. O, çox alim və mömin insan idi. Quranın təfsir edənlərindən olub, İmamın (ə) ən yaxın səhabələrindən sayılırdı. O zaman ki, Bəsrə valisi olur, beytul-mal onun əlinə keçir. Tamah öz işini görür və insanların malının çox hissəsinin arxasına keçib, Məkkəyə gedir və orada əylənməyə başlayır.

İmam Əlinin (ə) bu insana məktubu vardır ki, “Nəhcul-bəlağə”də bəyan edilmişdir. Bu məktubun bəzi yerlərinə nəzər salaq və İmamın (ə) onu necə nəhy-əz-munkər etdiyinə diqqət edək.

İmam (ə) buyurur: “Mən səni əmanətimdə şərik qərar verdim. Xilafət və hökumət – mənim yanımda olan əmanətdir. İstədim ki, sən əmanətdarlıqda mənə yardım edəsən. Səni, əynimə yapışan köynək və libasımın astarı qərar verdim. Astar daxildədir və bədənə yaxındır. Öz nəslimin insanlarından heç kəs mənim üçün sənin qədər güvənilən deyildi. Nə zaman gördün ki, ruzigar bibin oğlu ilə mübarizəyə qalxıb və düşmənlər hər tərəfdən üstünə gəlirlər (sən də onlarla həmkarlıq etdin).

Bacardığın qədər dul qadınlar və yetimlər üçün saxlanılan maldan oğurladın. Yüklədin və aram halda onu Hicaza apardın. Məgər sənin məada imanın vardırmı? Məgər Allahın Qiyamət günü nəzarətindən qorxmursan?

Ey o kəs ki, bizim yanımızda alimlərdən hesab olunurdun! Hansı cürətlə süfrə kənarında əyləşir və ləzizlərdən yeyirsən, içirsən?! Halbuki, bilirsən ki, yetimlərin və miskinlərin malındandır. Haram yeyirsən və haram içirsən.

Allahdan qorx və insanların malını sahiblərinə qaytar. Əgər bu işi görməsən, mənim əlimdə qərar tutacaqsan. O qılıncla ki, hər kimə vursam cəhənnəmlik olar, sənə də vuraram. Allaha and olsun ki, əgər Həsən (ə) və Hüseyn (ə) də bu işi görsəydilər ki, sən etmisən – onlarla da heç bir sülhü rəva bilməzdim.

Sən elə düşün ki, ömür müddətin sona çatmışdır və torpaq altında dəfn olunmusan. Əməlini sənə təqdim ediblər. Həmin günü zülmkar insanın fəryadı ucalar: “Çox təəssüf ki, nə sərmayələr əldən verdim və muradıma çatmadım”. Günahkar insan dünyaya qayıtmasını arzu edər, ancaq cavabı rədd olar””.

Həzrət Peyğəmbər (s) İmam Əli (ə) haqqında buyurmuşdur: “Əli (ə) – Allah barəsində çox sərtdir və yumşaqlıq göstərməz. Allahın dini ilə oynayan kəslə heç bir zaman barışmaz”.
Oxunub: 364
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 


ILK-10