backend

Dəhşət : İmişlidə masqalı şəxslər yaşlı, kimsəsiz qadının evinə girərək onu zorladılar - 1000 manat da pulunu oğurladılar

Dəhşət : İmişlidə masqalı şəxslər yaşlı, kimsəsiz qadının evinə girərək onu zorladılar - 1000 manat da pulunu oğurladılar














İmişli şəhərində dəhşətli hadisə baş verib.

İmişli şəhəri Şıxlinski küçəsi ev 1-də tək yaşayan qadın G.İ (ad şərtidir: avropa.info) 3 nəfər tərəfindən zorlanıb.

Hadisə iyulun 28-də gecə saatlarında baş verib. Yaşlı olmasına baxmayaraq ailə həyatı qurmamış G.İ-nin evinə daxil olan 3 nəfər masqalı şəxs qadının əl qolunu bağlayaraq onu zorlayıblar.

Oğurluq məqsədi ilə evə daxil olan şəxslər bununla yanaşı mənzildən 1000 manat da pul oğurlayıblar.

Faktı İmişli rayon polis idarəsindən də təsdiqləyiblər. Hadisə ilə bağlı cinayət işi qaldırılıb. (Avropa.info)