backend

Şirvanda dəhşətli anlar: Yolu keçmək istəyən iki qadını maşın vurdu

Şirvanda dəhşətli anlar: Yolu keçmək istəyən iki qadını maşın vurdu























Faktla bağlı cinayət işi başlanıb.

Şirvanda avtomobil iki nəfər qadını vurub, qadınlardan biri ağır yaralanıb.

qaynarxett.az xəbər verir ki, Şirvan Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə ötən gecə 22.35 radələrində Şirvan şəhərinin M.Ə. Rəsulzadə küçəsində baş verib. Şirvan şəhər sakini Abasov Vaqif Məhəmməd oğlu idarə etdiyi “Opel Vectra” markalı 90 MR 308 dövlət nömrə nişanlı avtomobillə yolu keçən Şirvan sakinləri 1972-ci il təvəllüdlü Baxşiyeva Sevda Vaqif qızını və 1960-cı il təvəllüdlü Qarayeva Sevda Vilayət qızını vurub. Yaralanan sakinlərdən birincisi Şirvan şəhər xəstəxanasının travmatologiya, digəri isə ağır vəziyyətdə olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Şirvan polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır