Mehriban Əliyeva onu təbrik edənlərə belə təşəkkür etdi

Siyasət 27-08-2017, 11:23
Mehriban Əliyeva onu təbrik edənlərə belə təşəkkür etdi













Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva doğum günü ilə əlaqədar çoxsaylı təbrik məktubları alıb.

Trend xəbər verir ki, birinci xanım ona səmimi sözlər ünvanlayanların, xoş arzular bildirənlərin hamısına müraciət edərək dərin minnətdarlığını ifadə edib:

"Əziz dostlar,

Bu günlərdə mənim ünvanıma doğum günü münasibətilə təbriklər daxil olur. Mənə bizim həmvətənlərimiz, müxtəlif nəsillərdən və peşələrdən olan insanlar yazırlar. Mən, həmçinin xaricdən təbriklər alıram. Səmimi təbriklərə və uğurlar arzularına görə hamıya ürəkdən təşəkkür edirəm.

Əziz dostlar,

Belə bir gündə sizin səmimiyyətinizi bir daha hiss etmək mənə çox xoşdur. Mən sizin səmimi təbriklərinizdən çox təsirlənmişəm. Bu, həqiqətən ruhlandırır və müsbət, yaradıcı enerji verir. Mənim hər zaman hiss etdiyim rəğbətinizə, sevgi və dəstəyinizə görə çox sağ olun.

Mən sizinlə bizim ümumi potensialımıza, insan kapitalımıza inanıram, mən Azərbaycanın əsas sərvətinə - xalqımıza inanıram.

Göstərdiyiniz diqqətə görə hər birinizə təşəkkür edirəm. Sizin hamınıza, yaxınlarınıza və sizə əziz olan insanlara cansağlığı, uğurlar, səadət və rifah, Vətənimizə isə sülh və tərəqqi arzu edirəm.

Səmimiyyətlə,

Mehriban Əliyeva"
Oxunub: 359
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 


ILK-10