backend

Las-Veqasda 58 ölü, 500-dən çox yaralı var — ABŞ qan içində

Las-Veqasda 58 ölü, 500-dən çox yaralı var — ABŞ qan içində













ABŞ-ın Las-Veqas şəhərində baş verən qanlı hadisədə ölənlərin sayı 58 nəfərə çatıb.

“Ölkə.Az” xəbər verir ki, bu barədə Las-Veqas polisindən məlumat verilib. Verilən məlumata görə, “Route-91” kantri-musiqi festivalının iştirakçılarının atəşə tutulması nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb, 515 nəfər isə yaralanıb.

Polisdən bildirilib ki, yaralıların çoxunun vəziyyəti ağırdı. Bu səbəbdən də, ölənlərin sayının artacağı istisna edilmir.
Qeyd edək ki, bu gecə ABŞ-ın Las Veqas şəhərində silah səsləri eşidilib. “Mandalay Bay” hotel-kazino kompleksi yaxınlığında musiqi festivalında atışma baş verib. Hotelin 32-ci mərtəbəsindən festival iştirakçıları atəşə tutulub. Hadisəni törədən şəxs polis tərəfindən tutulacağını görüb özünü öldürüb. Onun 64 yaşlı yerli sakin Stiven Paddok olduğu müəyyənləşib. Bu vaxt onun yanında bir qadının olduğu ehtimal edilir. Polis hazırda qadını axtarır.