backend

TƏCİLİ!!! Bakıda 8 ballıq ZƏLZƏLƏ - Paytaxtın ən təhlükəli zonaları...

TƏCİLİ!!! Bakıda 8 ballıq ZƏLZƏLƏ - Paytaxtın ən təhlükəli zonaları...

Paytaxtın ən təhlükəli zonaları

Bakıda zəlzələ olub-olmayacağını heç kim əvvəlcədən proqnozlaşdıra bilməz.



İstiPress-ə bu barədə tanınmış seysmoloq alim Tahir Məmmədli Ağdamda bu gecə baş vermiş zəlzələni şərh edərkən bildirib.

Onun sözlərinə görə, dünyada heç bir zaman zəlzələni əvvəlcədən proqnozlaşdırmaq mümkün olmayıb:

“Amma Azərbaycanın seysmik rayonlaşması aparılıb və seysmik xəritəsi çəkilib. Həmin seysmik xəritəyə görə, Bakıda MSK şkalası ilə maksimum 8 ballıq zəlzələ ola bilər”.
TƏCİLİ!!! Bakıda 8 ballıq ZƏLZƏLƏ - Paytaxtın ən təhlükəli zonaları...
Dünən yerli vaxtla saat 23:48-də Ağdamda baş vermiş zəlzələnin gücü MSK şkalası ilə 7 baldan yüksək olub, zəlzələ mərkəzində təkanın amplitudası təxminən 5,7 bal təşkil edib. Zəlzələ nəticəsində insan tələfatı olmasa da, onlarla ev zərər görüb.

Tahir Məmmədlinin sözlərinə görə, bu cür zəlzələ Bakıda heç bir ciddi dağıntıya səbəb olmaz, çünki şəhərdə son on illər boyu tikinti aparılarkən bu məsələ həmişə nəzərə alınıb:
TƏCİLİ!!! Bakıda 8 ballıq ZƏLZƏLƏ - Paytaxtın ən təhlükəli zonaları...
“Lakin 2000-ci noyabrın 25-də şəhərdə baş vermiş zəlzələ göstərdi ki, şəhərin demək olar ki, əksər evləri zəlzələyə davamlıdır. Onda şəhərin əsas yerlərində zəlzələnin gücü MSK şkalası ilə 7 bal təşkil etmişdi, amma dənizə yaxın nisbətən nəm yerlərdə zəlzələnin gücü 8 bala çatmışdı. Bu cür güclü zəlzələ şəhərdə heç bir ciddi dağıntıya səbəb olmamışdı. Çox mərtəbəli binalar zəlzələyə dözmüşdü”.


Qeyd edək ki, həmin vaxt, yəni 2000-ci ildə Bakıdan Türkiyənin “NTV” telekanalının xəbər proqramına birbaşa bağlanmış jurnalist İrfan Sapmaz canlı yayımda heyrətini gizlədə bilməmişdi:
“Qəribədir, binalar gedir-gəlir, amma uçmur”.

TƏCİLİ!!! Bakıda 8 ballıq ZƏLZƏLƏ - Paytaxtın ən təhlükəli zonaları...
Bu, 1970-80-ci illərdə və ondan əvvəl Azərbaycan paytaxtında aparılmış tikinti işlərinin keyfiyyətinə verilmiş qiymət idi. İrfan Sapmazın heyrəti də başa düşülən idi, 1998-ci ildə Adana şəhərində baş vermiş eyni güclü zəlzələdə 145 adam ölmüşdü və 1500 nəfərdən çox yaralanmışdı.

Ölümlərin çoxu yeni tikilmiş çox mərtəbəli binalardakı mühəndislik xətaları üzündən baş vermişdi. İnşallah, Azərbaycanın yeni tikilmiş banaları da 2000-ci illərə qədər tikilmiş binalar kimi bu cür Tanrı sınaqlarına dözərlər.

Çingiz Rüstəmov / İstiPress