backend

Stallone zorlamada ittiham edilir — Hollivud şokda

Stallone zorlamada ittiham edilir — Hollivud şokda














Məşhur aktyor Silvester Stallone haqqında ortaya atılan iddia Hollivudda şok effekti yaradıb.
"Ölkə.Az" xəbər verir ki, iddiaya əsasən, Stallone 1986-cı ildə cangüdəni ilə birlikdə 16 yaşlı qızı zorlamaqda ittiham edilir. Stallone isə iddiaları yalanlayıb.
Daily Mail" qəzeti polis arxivlərini ələ keçirib və yazır ki, aktyor Las-Veqasda bir filmin çəkiliş meydançasında adı açıqlanmayan qızı zorlayıb.

İddiaya əsasən, o dövrdə 40 yaşı olan Stallone "Hilton" oteldə ailəsi ilə qalan qızla tanış olub. "Zirvədə" filminin çəkilişləri üçün Las-Veqasda olan Stallone ondan imza istəyən qızla söhbət etməyə başlayıb. Stallonenin cangüdəni qızdan "Silvester sənə yaxın münasibət göstərsə nə edərsən?"-sualına "Mən də ona yaxınlıq edərdim"-cavabını verib.

Sonra isə cangüdən qıza 27-ci mərtəbədəki otağın açarını verib. Yuxarı qalxan qız dəhlizdə Stallonenin cangüdəni ilə qarşılaşıb və birlikdə otağa keçiblər.
Polis arxivlərinə əsasən, cangüdən də Stallone ilə birlikdə qızla cinsi əlaqədə olub. Cangüdən qızı oral seksə məcbur edir. Sonra isə Stallone və cangüdəni qızı qorxudaraq baş verənləri heç kəsə danışmamağı tapşırırlar.

Stallone və nümayəndəsi qəzetin xəbərini yalanlayıb.