backend

Ərini öldürən qadın məhkəmə zalından azadlığa buraxıldı? Səbəbinə inanmayacaqsınız...Video

Ərini öldürən qadın məhkəmə zalından azadlığa buraxıldı? Səbəbinə inanmayacaqsınız...Video

Ərinin ölümündə təqsirləndirilən Günər Mirzəyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının qərarına əsasən, G.Mirzəyeva 1 il 11 ay müddətinə azadlıqdan məhrum edilib. O, həmin müddəti istintaq təcridxanasında başa vurduğu üçün məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, ötən il noyabrın 5-də Maştağa qəsəbəsindəki fərdi yaşayış evində 26 yaşlı Günər Mirzəyeva həyat yoldaşı, 32 yaşlı Şəmsi Babayevi bıçaqlayıb. Ş.Babayev aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddəsi ilə iş başlanılıb.APA TV