backend

AGDAŞDA özünü asan məktəblinin MƏKTUBU - Yazdıqları qan dondurur...

AGDAŞDA özünü asan məktəblinin MƏKTUBU - Yazdıqları qan dondurur...
Dekabrın 3-ü Ağdaş rayonu Ləki qəsəbəsində intihar hadisəsi qeydə alınıb. Qəsəbə sakini, 2005-ci il təvəllüdlü İsmayıl Adıgözəlov yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib.

Hadisədən dərhal sonra məktəblinin intihardan öncə yazmış olduğu məktub ortaya çıxıb. Məktubda yazılanlar sosial mediada geniş müzakirə mövzusuna çevrilib.

AGDAŞDA özünü asan məktəblinin MƏKTUBU - Yazdıqları qan dondurur...
Psixoloq Elnur Rüstəmov Metbuat.az- a açıqlamasında bildirir ki, baş verən intihar hadisəsinin bir çox səbəbləri ola bilər:

“İnsan durduğu yerdə intihar etmir. Ağdaşda intihar edən yeniyetmənin ya şəxsi problemləri olub, ya da hansısa qrupun təsirinə düşüb. O, məktubun birinci cümləsində “Sevimli peyğəmbərimizin yanında olacam” ifadəsi işlədib. Bu, uşağın hansısa qrupun təsirinə düşdüyünü göstərir. Yeniyetmələr bu cür təsirlərə daha tez düşürlər. Ümumiyyətlə, uşaqlar radikal, insanları yolundan çıxaran dini qrupların, hər hansı bir internet oyununun təsirinə düşürlər. Fakt ortadadır ki, yeniyetmələr intihar edir. Bu, özü də SOS siqnalıdır. Valideynlər bu məsələdə diqqətli olmalı, uşaqların narahatçılığına həssas yanaşmalıdırlar”.

Psixoloq yeniyetmələrə təsir göstərən vasitələrdən də söz açıb:

“Bu gün uşaqlarımıza təsir göstərən vasitələr var. Onlardan biri də, internet resurslarıdır. Orada uşaqları nəzarətsiz buraxmaq olmaz. Söhbət uşaqları sıxmaqdan getmir. Ən azından valideynlər məlumatlı olmalıdır ki, uşaqlar inetnetdə nə ilə məşğul olurlar və onların maraq dairəsinə nələr daxildir. Ağdaşda baş verən hadisə də birdən-birə formalaşmayıb. Bacısının toyunun olmasını istəməsi, övladına İsmayıl adının qoyulması məsələsində uşaq emosiyalara qapılıb. Ancaq baş verən hadisədə düşünülmüş intihar faktorunun olduğunu görmək mümkündür”.