backend

Azərbaycanda yol terroru: 9 ölü, 14 yaralı

Azərbaycanda yol terroru: 9 ölü, 14 yaralı






















Ölənlərdən biri 12 yaşlı qızdır.

Bu gecə Bakının Qaradağ rayonunda ağır yol qəzası baş verib.

qaynarxett.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Səngəçal körpüsünün üstündə baş verib. Hadisə zamanı 12 yaşlı qız dünyasını dəyişib. Ölən şəxsin kimliyi araşdırmalardan sonra məlum olacaq.

Bundan başqa, Xəzər rayonunda 35 yaşlı naməlum kişi avtomobil tərəfindən vurulub. Hadisə nəticəsində piyada ölüb.

İdarədən verilən məlumata görə, ümumiyyətlə, dünən respublika ərazisində 26 yol qəzası baş verib.

Baş verən yol qəzalarında 9 nəfər ölüb, 14 nəfər yaralanıb.