backend

“Masallı Mamed”in sağ əli olan azərbaycanlı azadlıqda

“Masallı Mamed”in sağ əli olan azərbaycanlı azadlıqda






















Avtoritetin yanında kriminal nüfuzlu şəxslərin olduğu da bildirilir.

Ötən ilin mart ayında üzərində “Makarov” tipli tapança aşkar olunduğu üçün həbs olunan “Rafiq Masallinski” (Rafiq Eyvazov) sərbəst buraxılıb.

qaynarxett.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Rafiq Eyvazov bir neçə gün əvvəl Masallıda toy mərasimində də iştirak edib. Avtoritetin yanında kriminal nüfuzlu şəxslərin olduğu da bildirilir.

Qeyd edək ki, 2013-cü ildə “Rafiq Masallinski” Nəsimi rayonu ərazisində saxlanılmışdı. “Bandotdel”in keçirdiyi əməliyyat nəticəsində üzərinə baxış zamanı ondan sandıqçasında 5 ədəd patron olan “Makarov” tipli tapança aşkar edilərək götürülmüşdü.

Xatırladaq ki, o, əslən Masallıdan olan tanınmış və mərhum “qanuni oğru” Məmməd Hüseynovun (“Masallı Mamed”) sağ əli olub.