backend

Azərbaycan əhalisi banklara olan 749 milyon manat borcunu qaytarmayıb

Azərbaycan əhalisi banklara olan 749 milyon manat borcunu qaytarmayıb






















Əsas yeri istehlak kreditləri tutur.

Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşların həcmi 2014-cü ilin sentyabrın 1-nə 17 308,9 mln. manat təşkil edib.

qaynarxett.az APA-Economics-ə istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, bu göstərici 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 853,8 mln. manat və ya 19,74% çoxdur.

Kredit qoyuluşların sahələr üzrə tərkibində ən iri həcmi yenə də istehlak kreditlərin payına düşür. Belə ki, ev təsərrüfatlarına verilən kreditlərin həcmi 7 102,9 mln. manat və ya ümumi həcminin 41,00%-ni təşkil edir. Ev təsərrüfatlarına verilən kreditlərin həcmi son bir ildə 1 530,3 mln. manat və ya 27,46% artıb.

Azərbaycanda kreditləşmənin artımı əsasən istehlak kreditlərin artımının hesabına baş verir.

Qeyd edək ki, həcm və pay üzrə istehlak kreditlərindən sonra gedən digər sahələrdən 13,6%-lik payla “İnşaat və əmlak” və 14,4%-lik payla “Ticarət və xidmət” sahələri qeyd etmək olar.

Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin sentyabrın 1-nə 749 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 141,1 mln. manat və ya 23,21% çoxdur.