Azərbaycan prezidenti Davos forumunda çıxış edəcək
646
Azərbaycan prezidenti İlham Əliyev Davos İqtisadi forumuna qatılacaq. AZTB.info-nun APA-ya istinadən verdiyi məlumata görə, ölkə başçısı “Strateji perspektivlər: Avrasiya” panelindəki müzakirələrdə çıxış edəcək. Müzakirələrin yanvarın 23-ü yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 20:00) keçirməsi nəzərdə tutulur.
Qeyd edək ki, Davos forumu yanvarın 23-26-da keçiriləcək.