backend

“AXC-nin 100 illiyi ilə yanaşı Ümummilli liderin 85 illiyi də qeyd edilsin” — Siyavuş Novruzovdan TƏKLİF

“AXC-nin 100 illiyi ilə yanaşı Ümummilli liderin 85 illiyi də qeyd edilsin” — Siyavuş Novruzovdan TƏKLİF















“Bu il AXC-nin 100 illiyidir. Bununla bağlı ölkə başısı sərəncam imzalayıb və bu səpkidə işlər aparılır”.
“Ölkə.Az” xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Siyavuş Novruzov deyib.

O qeyd edib ki, bu il eyni zamanda dövlət müstəqilliyinin qorunub saxlanılmasında, üçrəngli bayrağımızın qaldırılmasında müstəsna rolu olan və Azərbaycanda hüquqi demokratik dövlət quran Ulu Öndərin anadan olmasının 95 illiyidir:

“Bununla bağlı tədbirlə planına məsələlər daxil edilməlidir. Ümumilli liderimizin əsas fəaliyyəti dövründə prinsipi ölkədə humanizm yaratmaq olub. Məhz 1995-ci ildən 2018-ci ilədək istər Ulu Öndərin, istərsə də Prezident İlham Əliyevin hakimiyyəti dövrünmdə 63 əfv və 11 Amnistiya aktı qəbul edilib. Qeyd etmək olar ki, hər bir deputat amnistiya təşəbbüsü ilə çıxış edə bilər. Bağışlanmaq hüququ Alaha və ölkə başçısına həvalə edilib, lakin yuxarıda qeyd olunanları nəzərə alaraq bütün deputatların adından bu təşəbbüsü öz üzərinə götürməyi xahiş edək. Bu həm 100 illiyə həm də 95 illiyə verilən qiymət ola bilər. Bu amnsitiya aktı digərlərindən fərqlənməlidir”.
S.Novruzov hesab edib ki, qeyd etdiyi Amnistiya aktının əhatə dairəsi geniş olmalıdır:

“Bu amnistiya aktında ilk növbədə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edənlərə şamil olunsun. Həmçinin yaşı 60-dan yuxarı olan qadınlara tətbiq oluna bilər. Himayəsində azyaşlı uşaqları olanlar da bu aktdan bəhrələnə bilər. Amnistiya aktı yaşı 70-dən yuxarı olan bütün kişlərə də tətbiq oluna bilər. Radikal cərəyanlara qoşulmayan dindar şəxslər də bu aktdan bəhrələnə bilərlər. Müxtəlif radikal qurumların və ayrı-arı reputasiyalı, beynəlxalq təşkilatların təsirinə düşüb bilmədən cinayət törədən gənclər var ki, onlara da tətbiq oluna bilər. Hesab edirəm ki, buna da biz nəzər salmalıyıq. ATƏT, NATO və AŞ PA-da müəyyən qruplar var ki, ölkəmizin nüfuzunu gözdən salmaq üçün müxtəlif bəhanələrlə ölkəmizin inkişafına kölgə salmağa çalışırlar”.