backend

Fidel Kastronun oğlu intihar etdi

Fidel Kastronun oğlu intihar etdi














Kubada elmlər doktoru Fidel Anhel Kastro Dias-Balart intihar edib.
Dias-Balart Kuba lideri Fidel Kastronun böyük oğludur. Fidel Anhel canına qəsd edib.

68 yaşlı alim bir neçə ay depresiyaya qarşı mübarizə aparıb. Xəstəxanada müalicə olunduqdan sonra ambulator müalicəyə buraxılıb.
Kastro ölümündən əvvəl məktub yazıb. Məktubun mətnini hələ mətbuata açıqlamırlar.
Fidel Anhel Kuba dövlət şurasının elmi məsələlər üzrə müşaviri idi. Kuba elmlər akademiyasının vitse-prezidenti olub.