backend

Qış Olimpiya Oyunlarında tarixi anlar — Kimin bacısı ilə ABŞ vitse-prezidenti yan-yana

Qış Olimpiya Oyunlarında tarixi anlar — Kimin bacısı ilə ABŞ vitse-prezidenti yan-yana














Cənubi Koreyada bu gün açılış mərasimi baş tutan Qış Olimpiya Oyunları zamanı tarixi anlar yaşanıb.
AZTB.info “ ABC News”a istinadən xəbər verir ki, mərasimdə Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Çen və ABŞ-ın vitse-prezidenti Mayk Pens eyni fotoda yer alıb. Fotoşəkillərdə diqqət çəkən digər adlar isə Yaponiyanın baş naziri Sindzo Abe və Cənubi Koreyanın lideri Mun Cein olub.
Qeyd edək ki, yeni il ərəfəsində Kim Çen Inın Olimpiya Oyunlarına bacısını göndərməyə qərar verməsi ilə düşmən qardaşlar Şimali və Cənubi Koreya arasında yeni bir səhifə açılıb.