"Kurtlar vadisi" serialından Memati obrazı ilə məşhurlaşan aktyor Gürkan Uyqun yeni imici ilə hər kəsi təəccübləndirib.
AZTB.info axşam.az-a istinadən xəbər verir ki, aktyor GQ jurnalının mükafatlandırma gecəsinə qatılıb. "Mehmet bir cihan fatihi" serialı ilə ekranlara qayıtmağa hazırlaşan Gürkan bığını uzadaraq fərqli görünüşə sahib olub.