backend

Bakıda qadınların qorxulu yuxusuna çevrilmiş qadın tutuldu

Bakıda qadınların qorxulu yuxusuna çevrilmiş qadın tutuldu






















Ülkər Əzizova silsilə oğurluq edib.

Bakıda silsilə oğurluqlar törətmiş 30 yaşlı qadın tutulub.

qaynarxett.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Zaqatala rayon sakini, 1984-cü il təvəllüdlü Ülkər Əzizova yaxalanıb.

Müəyyən edilib ki, o, sentyabrın 25-də Azadlıq prospektində yerləşən ticarət mərkəzində olan mağazanın paltar dəyişmə otağından Gülbəniz Cəfərovanın içərisində 600-800 manat, 400 ABŞ dollar, şəxsiyyət vəsiqəsi və 3 ədəd kredit kartı olan əl çantasını, sentyabrın 28-də Azadlıq prospektində yerləşən mağazalardan birində Xırdalan şəhər sakini İnci Talıbovaya məxsus mobil telefonu naməlum şəraitdə oğurlayıb.

Bundan əlavə o, oktyabrın 2-də Azadlıq prospektində yerləşən ticarət mərkəzində paltar dəyişmə otağında Bakı şəhər sakini Afaq Həsənzadənin içərisində bankomat kartı, ev açarları, 480 manat, 400 türk lirəsi, 35 000 rubl olan pul kisəsini, oktyabrın 4-də Bakı şəhər sakini Aynur Qiyasovanın içərisində 500 manat olan pul kisəsini, Şərur rayon sakini Lətifə Məmmədovanın içərisində 105 manat, şəxsiyyət vəsiqəsi və 3 ədəd sim nömrə kartı olan pul kisəsini, oktyabrın 8-də həmin ticarət mərkəzində Mahiyət Əzimovanın əl çantasından içərisində 262 manat və şəxsiyyət vəsiqəsi olan pul kisəsini, oktyabrın 11-də isə Sabina Süleymanovanın əl çantasından içərisində 37 manat və şəxsiyyət vəsiqəsi olan pul kisəsini talayıb.